AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində 12 oktyabrda millimizə minimal hesabla məğlub olan Türkiyə yığması qardaş ölkə mətbuatında ciddi tənqid atəşinə tuş gəlib.
"Akşam" qəzeti: "Qardaşın vəziyyəti yaxşı, digər qardaş isə pərişandır" Tribunalardan gələn dəstəyə baxmayaraq Azərbaycana boyun əydik. İndi möcüzələrə ümid edirik".
"Fanatik" qəzeti: "100-cü qalibiyyət başqa bahara!" Dünya
reytinqində onlardan nə qədər yuxarıda olsaq da, kağız üzərində nə
qədər zəif hesab etsək də, onlar bir daha çox çalışanın, daha çox
istəyənin və stadionda oyun göstərənin qazandığını sübut etdilər".
"Sabah" qəzeti: "20-də 1-ə məğlub olduq" Stadionda
olan 14 futbolçusunun dəyəri 89,2 milyon avro olan komandamız, oynayan
oyunçularının cəmi dəyəri 4,8 milyon avro olan Azərbaycana boyun əydi!
"Cumhuriyət" qəzeti: "Kabus Bakıda da davam etdi" Komandanın
kapitanı Əmrə Belözoğlu oyun sonunda verdiyi müsahibəsində karyerasına
son verə biləcəyini söyləyib. Oyundan sonra məğlubiyyətin təsiriylə
'səhv şeylər söyləmək istəmirəm' deyən Belözoğlu, "2012 Avropa
Çempionatı seçmə mərhələsinin oyunlarından sonra karyeramı bitirə
bilərəm" deyib.
"Fotomaç" qəzeti: "Bu serialın ömrü bitdi" Azərbaycan
qarşısında bütün zamanların ən pis Türk Milli Komandasnıı utanaraq,
ağlayaraq izlədik! 14 Oktyabr 1987-də İngiltərəyə 8-0 məğlub olarkən
belə, bu qədər ruhsuz oynamadıq! Artıq qrupda ikincilik də təhlükədə!
Dünya reytinqində 102-ci sırada qərarlaşan Azərbaycan, 2002-də Dünya
Üçüncüsü olan Türkiyəyə futbol dərsi keçdi.
"Günəş" qəzeti: "Qardaşlıq futboldan da üstündür!" Qarşılaşmanın
oynanacağı stadiona gələn bütün yollarda tıxaclar var idi, qapılarında
da uzun növbələr yaranmışdı. Millilərə dəstək verən azəri tərəfdarların
''Ayrılarmı könül candan Türkiyə-Azərbaycan'' və 'Qardaşlıq futboldan
üstündür'' pankartları diqqəti çəkdi".
"Hürriyət" qəzeti: "Bakıda Hüsran" Elə bir 4 gün yaşadıq ki... Fəlakətmi, fəlakət..
"Miliyət" qəzeti: "Millilər Azərbaycan qarşısında tarix yazdı! 0-1" Ay-ulduzlular
Almaniya məğlubiyyəti sonrası, futbolun iməkləyən ölkəsi qarşısında
qalibiyyət üçün çıxdı. Ancaq göründüyü kimi, ilk yarıda Sadiqovun
qoluyla sarsıldı, ikinci 45 dəqiqədə oyunumuz yenə alınmadı, 2010
pərdəsi dramatik hesabla bağlandı.
"Radikal" qəzeti: "Bir "qardaş" qardaşa vurur!" Türkiyə,
Almaniyadan sonra Azərbaycandan da əliboş qayıtdı. "Qardaşlıq Futboldan
Üstündür" pankartları diqqət çəkərkən Milli Komanda tarixində ilk dəfə
Azərbaycana boyun əydi.
"YeniAsya" qəzeti: "Milli komanda bizi yenə məyus etdi" Avropa
Çempionatı 2012-in seçmə mərhələsində Azərbaycanın qonaq etdiyi
Türkiyəni ilk yarıda Rəşad Sadıqovun vurduğu qolla 1 - 0 məğlub etdi.
"Türkiyə qəzeti": "Azərbaycana ilk dəfə məğlub olduq" 2012
Avropa Futbol Çempionatı seçmələri (A) Qrupu 4-cü matçında Azərbaycana
1-0 məğlub olan (A) Milli Futbol Komandası tarixində ilk dəfə
Azərbaycana məğlub oldu.
"Star" qəzeti: "Qardaş silləsi yedik" A
Milli Komandamız ruh yüksəkliyi qazanmaq üçün çıxdığı oyunda yaramıza
duz basdı! Sadıqov qapımıza yol tapdı. Yığmanın AÇ 2012-in seçmə
mərhələsində qrup ikincisi olmağı təhlükəyə atıldı.
"Zaman" qəzeti: "Bakıda qaranlığa büründük" Avro
2012 seçmələri 4-cü oyununda Azərbaycana qonaq olan A Milli Komandamız,
Sadıqovun qoluyla yıxıldı. 3-0-lıq Almaniya məğlubiyyətindən sonra,
dünya 102-cisinə tarixində ilk dəfə yenilən dünya 21-cisi Ay-ulduzlular
böyük üstünlüyü əldən verdi.
"YeniÇağ" qəzeti: "Türkiyə Hiddinqlə Bakıda tarix yazdı" Yeganə təsəllimiz azərilərin sevinci oldu.