Пятница, 03.05.2024, 10:35
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2010 » Февраль » 21 » Sevgiyə aid 50 yeni hazır sms
19:15
Sevgiyə aid 50 yeni hazır sms
trust of love
 
Sevgi Smsləri

Kipriyində bir damlayam. Alışaram hara atsan. Bilirəm ki ömrün boyum məni heç vaxt unutmazsan. Mən sənin üçün od, su, hava. Sən mənim üçün bir həyatsan. Sevgilim gəl düşhünmə ki yoxluğunla barışmışam. Sənsiz yaman darıxmışam...

10% sənsizəm, 20% səninəm, 30% mənimsən, 40% gözləyirəm, 50% ürəyimsən, 60% dünyamsan, 70% darıxıram, 80% gözəlsən, 90% sevirəm, 100% sevgilimsən!

Dostluq unudulmayacaq qədər dərin, günah olmayacaq qədər məsum, ürəyin qədər yaxın və tək başına yaşanmayacaq qədər çətindir...

Yaman darıxmışam... her axşamçağı. Arzumu günəşin telinə sardım. Mənimlə olsaydı mən darıxmağı zamana ən uzun ölçü sanardım...

Kəlmələr yetərsiz qalır sevgimi anlatmağa gözlərimə baxaraq anla necə aşiqəm sənə əllərimi bərk tut heç ayırma çünki nəfəs kimi möhtacam sənə...

Sevgi insana nə yuxarıdan göndərilən bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur. Sevgi ruhun gozəlliyidir...

Bir gun yuxuna gələcəm görüm sevirsənmi məni, qəlbinə baxacam görüm orda yer ayrılıb mənə, gözlərini yoxlayacam başqasına baxıbmı o, qollarından soruşacam arzulayıbmı məni!

Ruhum o qədər boş ki, səvgiyə ehtiyacım var. Qollarım o qədər boş ki, qucaqlamağa ehtiyacım var. Gözlərinə o qədər həsrətəm ki, görməyə ehtiyacım var. Göz yaşlarım o qədər dolu ki, axmağa ehtiyacı var. O qədər sənə məhbusam ki azadlığa ehtiyacım var. Ölümdən qorxmuram ki ölümə ehtiyacım var. Sənsiz dünya cəhənnəm səninlə cənnətə ehtiyacım var.

Dəniz sahildəki qumları, zaman keçmişdəki anları silər. Amma heç bir şey qəlbdəki gerçək dostları silə bilməz.

Buludları toplayıb durna qatarı kimi sənə göndərsəm, məndən sənə 3 kəlmə gələcək.. Mən səni sevirəm.

Əllərini tutmaqdan deyil, birgün buraxmaqdan qorxuram.Acı cəkməkdən deyil, səni incitməkdən qorxuram.Sən mənim tək sevdiyimsən mən sənsizlikden qorxuram! SƏNI SEVIRƏM!

Getmək istəyirsən nə danış, nə din. Yox ol xəyal kimi dumanda çəndə. Nəyimi sevmişdin deyə bilmədin. İndisə 100 eyib görürsən məndə.

Ay gecəni, mən səni istədiyim qədər istəsəydi günəş yer üzünə həsrət qalardı...

12 qərib 1 gəcədə sənden uzaqda, küləklər həsrətli nəfəs kimidir. Sənsiz tənha qalmış sızlayan qəlbim darıxır hər təref qəfəs kimidir...

Bu normal ürək döyüntüm /__/__/ . Bu səninlə olarkən döyünən ürəyim. ////. Bu isə sənsizlik _________

Nə olar, sevgilim başa düş məni, həsrətdən tükənib, qalmayıb səbrim, deyəsən, ayrılıq qapını döyür, açma bu qapını sevirəm səni...

Unudacaqlar səni bir qış payızında. Qalasan gecənin soyuq ayazında. Tənha ada kimi dənizin ortasında. Sahilə baxa baxa alışıb yanacaqsan. Sən ki mənim olmadın bəs kimin olacaqsan?

Mən niyə baxıram o yollara, sən ki o yollardan dönən deyilsən. Mən niyə ağlayıram sənin üzündən, sən ki göz yaşımı silən deyilsən...

Gedirsən get,sevgini də özünlə apar! Sən etdiyin bu yaranı yerindən qopar! Qanayan yarama, sənsiz qalan dünyama, birdə gözümdən axan yaşa toxunma!

Sənə nifrət etsəmdə, səni başa düşə bilməsəmdə, hər şeyə ümidimi itirsəm də, səni həyatımdan çox sevirəm! Sənə görə hər şey ederem! Lap belə həyatımdan keçərəm! Tək səni sevirəm...

Həmişə olduğu kimi bu gecədə göy üzünə baxıram və dərin bir xəyala dalıram. Özümdə bilmədən heyatım sənin qollarında oluram. Sənin üçün çox darıxıram...

Sənsiz bu dünyada tənha qalmışam, bir gül tək saralıb vaxtsız solmuşam, son dəfə cavab ver tək sualıma, bəs niyə belə tez unudulmuşam?

Sən Tanrıya edilən arzum, göylərə uzanan əllərimsən! Sən gözümdən süzülən yaş kimi həsrətimsən! Sən yaşadığım ömür və ən gözəl günlərimsən, sən hər gecə yuxularıma girən əziz sevgilimsən!

Əllərini tutmaqdan deyil, bir gün buraxmaqdan qorxuram! Acı çəkməkdən, ağlamaqdan deyil, səni incitməkdən qorxuram! Sən mənim tək sevdiyimsən, mən sənsizlikdən qorxuram!

Necə gəldi dilinə, mənə soyuqsan dedin. Əlim çatmır əlinə, səni necə isidim?

Hər gün ağlayıram ki göz yaşlarıma qarışıb ürəyimdən çıxasan. Amma nədənsə göz yaşlarım ürəyimə axır..

Ölmə torpaqlara qoymaram səni, yerin qollarımın arasındadı! Qorxma təbii sularla yumaram səni, suyun gözlərimin qarasındadı...

Səhərlər günəşdən əvvəl oyanıb, açıq aynalara pərdə bağlayıb, sən yatan otaqda sakit dayanıb, öpüb gözlərindən oyadaydım kaş...

Bilirsən nə üçün yatıram? Səni yuxumda görüm deyə...Nə üçün oyandım? Səni düşündum deyə... Nə üçün gülürəm? Həyatımda varsan deyə... Nə üçün ağlayıram? Sən yanımda yoxsan deyə..:(

Dünyada bir çox insan var, bəzisi duyğulu bəzisi duyğusuz amma gözəliklərə və xoşbəxtliyə layiq olan bir insan var ki o da indi mesajımı oxuyur, səni cox sevirəm!

Arxanda qoyduğun bu yaralı qəlb. Səndən sonra axı kimi SEVƏCƏK? Bir vaxtlar səninlə döyünən ÜRƏK. İndi sənsizlikdən əzab çəkəcək

Desəmki sevirəm inanarsanmı? Desəmki ölürəm heç yanarsanmı? Desəmki xəyalın yaşadır məni, məni xəyalına qısqanarsanmı?

Bir zaman məst olduq eşqin ətrindən bir günah yazdırdıq ömür sətrindən O xoşbext o gözəl günlər xatirinə bircə düşmən kimi ayrılmayaydıq...

Sənsiz saniyələr ilə bərabər, sənli dəqiqələr saniyədən tez. Sənsizlik veribdir mənə qəm-kədər, Bu ömür karvanım gedir nədən tez?

Hər kəs sevgililər gününü qeyd edərkən mən sənsizliklə birgə olacam hər kəs deyib gülərkən. Mən səni anıb ağlayacam. UNUTMADIM SƏNI UNUTDUN MƏNI!

Səhər duranda ilk düşündüyüm, gec yatanda isə son düşündüyüm sənsən canım sevgilim...

İndi bir anayam iki körpəli. İsidir əlimi körpə əlləri. Analıqdan sevinc sevgidən savaş. Qəlbimi isidən sən olaydın kaş.

Sən mənə canım qədər şirin, həyat qədər mənalı, ürək qədər vacib, nəfəs qədər isə lazımlısan. Səni çox sevirəm.

Keçmişdə etdiyim günahların əvəzini sənsizliklə ödəyirəm. Səni sənsiz yaşayıram. Bir daha bir yerdə ola bilməsək də bunu bil ki səni çox sevdim...

Bir gün yalvarsan da dönən deyiləm, eşqimi səninlə bölən deyiləm, bəsdi incitdin məni sevən deyiləm, bil ki sənsiz də xoşbəxt deyiləm...

Həyatın ən gözəl anı her şeydən vaz keçdiyin zaman, səni həyata bağlayan biri olduğunu düşündüyün andı...

Qəmli gözlərimə yaş dolan zaman demə ağlayırsan barışmaq üçün, ağlaram hər zaman, ağlaram hər an səni damla damla unutmaq üçün.

Biz ki unutmuşuq ilk məhəbbəti. Ax bu qəfil görüş kaş olmayaydı. Sənin gözlərində eşqin həsrəti. Mənim gözlərimdə yaş olmayaydı...

Bir gözələ vuruldum heç ondan yoxdu. Sənsiz olan həyat mənasız, sondur. Yanına uçmağa qanadım yoxdu. Neyləyim yanına uça bilmirəm. Həyatım sənsiz bom-boşdur...

Adını səslədim hər zaman susdun. Niyə susduğunu indi bilmişəm. Mənim gözlədiyim sən oldun əfsuz. Sənin gözlədiyin mən deyilmişəm.

Xəyallarım var gorməkdən qorxuram... Hisslərim var söyləməkdən qorxuram...Şeirlərim var yazmaqdan qorxuram...İndi sən varsan səni itirməkdən qorxuram...

Dənizim deyil dalğam olarsanmı. Atəşim deyil külüm olarsanmı? İlk sevdiyim deyil son sevdiyim olarsanmı?!

Göylərdən soruşum bir gün xəlvəti. Görəsen sevirmi o insan məni,söylədi sevir dəlilər kimi,hər gün royasında görür o səni

Sevgilim bir anlıq dayanıb,incə baxışlarınla ətrafına göz gəzdir. Nə görürsənsə, onlar sənə məxsusdur. Bir güzgüyə baxma, onda görəcəyin mənə məxsusdur.

Gözlərin dolarsa, bil ki səni düşünürəm. İçin yanarsa, bil ki sənsiz çox darıxmışam. Ağlasan, bil ki mən artıq .....YAŞAMIRAM...
Категория: Sevgi | Просмотров: 1920 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
2 N@S   (21.09.2012 09:23) [Fayl]
biggrin SEVGI GOZELDIR YAWIYAN OLSA cry

0  
1 Admin   (21.02.2010 19:21) [Fayl]
yeri var

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Февраль 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024