Главная » 2010 » Июль » 13 » “Microsoft” indi də avtomobil sektoruna girir
21:43
“Microsoft” indi də avtomobil sektoruna girir
25
"Microsoft”un rəhbəri Bill Qeyts və "Sun Microsystems” şirkətinin
təsisçisi Vinod Hosl yeni ifrat qənaətcil mühərrik yaratmaq niyyətinə
düşüblər.
Lent.az-ın "novgorodauto.ru”-ya istinadən xəbərinə
görə, bu məqsədlə onlar "EcoMotors” şirkətinə 23 milyon dollar sərmayə
yatırıblar.
Yeni yaradılacaq mühərrik ənənəvi daxili yanma mühərriklərindən daha
yüngül, ucuz və 50% daha qənaətcil olacağı ehtimal edilir. Yanacaq
sərfinin azalması ekoloji problemlərin də həllinə kömək edəcək. Yeni
mühərrik avtotexnika, traktor və gəmilərdə tətbiq ediləcək.