Ilbiz yemək yarışında Reber Benua 203 ədəd ilbiz yeməklə dünya rekordu qazanmışdır. 1967-ci ildə 63 yaşlı ingilis qadını Barbara Mur dayanmadan 41 saat 40 dəqiqə yol getmişdir. Bu müddət ərzində o, 269 km məsafə qət etmişdir.
1977-ci ildə isveçli Bern Brand fasiləsiz 11 gün 7 saat 3 dəqiqə danışmışdır.
72 yaşlı bir yapon 24 saniyədə 206 söz deyərək qadınlar arasında rekord qazanmışdır.
Fransa sakini Jerar Oqyesten 144 saat maşını sürməklə dünyada rekord qazanmışdır.
Britaniyalı Henri Uistan 1 may 1984-cü ildə Londondan çıxaraq Yer kürəsinə qaçmaqla dövr etmişdir.
Bir yerdə tərpənmədən ayaq üstə dayanmaq üzrə yarışda 5 nəfər indoneziyalı yarışın qalibləri olmuşlar. Onlar 13 saat tərpənmədən ayaq üstə dayanmışlar.
Moskvada 8 yaşlı Kirill Maksimov bir saatda 1920 dəfə əli üstə döşəməyə əyilərək qalxa bilmiş, dünya rekordu qazanmışdır.
Kirill 111 kq yükü dayanmadan 15 dəfə qaldırıb salmışdır.
Kirillin 136 santimetr boyu, 33 kiloqram çəkisi olub.