Dağıstanın Kizlyar şəhərində möcüzəli bir hadisə baş verib. Bütün Rusiya ərazisindən olan din xadimləri Əli adlı 8 aylıq körpəni görmək üçün şəhərə axışır. Burada körpənin bədənində hər gün müqəddəs Qurani-Kərimdən mətnlər yazılır. Alimlər və din xadimləri bu hadisəyə heç cürə izah gətirə bilmirlər. Valideynlərinin sözlərinə görə, doğulanda onun üzündə ərəb hərfləri ilə yazılmış sözlər olub. Lakin, bir müddətdən sonra onun üzündəki bütün yazlar pozulsa da çənəsinə olan "Allah" yazısı pozulmayıb. Sonradan isə Əlinin bədənində Qurani-Kərimdən olan ayələr yazılmağa başlayıb. Elm hələ ki, bu möcüzənin qarşısında aciz olaraq qalır. Baş vermiş qeyri-adi hadisə ilə əlaqədar olaraq körpənin valideynləri də artıq İslamı qəbul ediblər. Həkimlər balaca möcüzənin səhhətinin normal olduğunu deyirlər. Şəhər rəsmiləri Əlinin yaşadığı evi 24 saat qoruma ilə təmin etməyi qərar verib
|