Türk müğənni erməni müğənnilərlə birgə oxumaq istəyir
Bu il Türkiyəni “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadisə Türkiyə hökumətinə və ölkənin Futbol Federasiyasına müraciət edib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hadisə bu il oktyabrın 14-də Türkiyə və Ermənistan futbol komandaları arasında Türkiyədə keçiriləcək oyundan əvvəl Ermənistanı bu il “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş İnga və Anuşun mahnı oxumasını istəyir.
Hadisə özü də həmin gün erməni müğənnilərlə birgə səhnəyə çıxmaq niyyətindədir.
O, Türkiyə hökumətinin və Futbol Federasiyasının bu istəyə dəstək verməsini istəyib. Hadisənin fikrincə, bu, hər iki ölkənin vətəndaşlarına, dünyaya sülhlə bağlı gözəl mesaj olar.
Buda göylərə qaldırıb dəyər verdiyimiz qardaş dediyimiz ölkənin övladı Hadisə..
|