FİFA dünyada 2009-cu ilin ən yaxşı qolunu müəyyənləşdirib.Futbol qurumu "Real"ın portuqaliyalı oyunçusu Kriştiano Ronaldoya üstünlük verib.
Amma Ronaldonun "Real" forması altında yox, "Mançester Yunayted"in heyətində vurduğu qol ən yaxşı seçilib. Belə ki, onun Çempionlar Liqasının 2008/09 mövsümünün 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Portu" - "Mançester Yunayted" matçında vurduğu qol qalib olub. Mançesterdə 2:2 oynayan rəqiblərin Portudakı qarşılaşmasının 6-cı dəqiqəsində yeganə qola imza atan Ronaldo həmyerililərini məyus edib, "Mançester Yunayted"i yarımfinala daşımışdı.
|