Bu
günlərdə heç ağacların arasında gəzdinizmi? Ayaqlarınıza qurumuş
yarpaqlar, çürümüş sümük kimi dallar ilişdimi? Gözünüzə köhnəlmişliyin
boz rəngi, itib getmişliyin saralıb solmuş formaları ilişdimi? Vaxt ayırın özünüzə və ağacların
arasında bir gəzin. Gözlərinizi qaldırıb, kasıblaşıb,
çılpaqlaşmış ağac budaqlarında dolaşdırın. Sizə nələr söyləyirlər? Nə
xəbərləri var sizə? İnsan dünya ilə
bağlarını həmişə zəif tutmalıdır. Əbədi olaraq qalacaqmış kimi deyil;
hər an gedəcəkmiş kimi basmalıdır ayağını yer üzünə. Çünki heç bir
anınızın zəmanəti yoxdur. Hər an o an ola bilər. Davamlılıq deyə bir şey
yoxdur. Bir andan digərinə keçmək öz əlimizdə deyil. Yaxşı bu halda nə
etməli insan? Hansı bağla bağlanmalı? Hara bağlanmalı? Harada və kimdə
vəfa axtarmalı? Suallar uzanar
gedər və cavablar gələr arxasından. Hər şeyi qüdrət
əlində tutan, hər şeyə həyat verən ALLAHdan
vəfa gözləməli, Ondan
gələcək ümid etməliyik. Kameralı cib
telefonunu əlimizə aldığımız qədər Qurani
Kərimi əlinə aldınmı?
Dostunla və ya gəzməyə getdiyin qədər "Məscid"ə girdinmi?
Bədəninə dəniz
suyunun dəydiyi qədər Dəstəmaz
suyu dəydimi?
Televiziya başında
oturduğun qədər Səccadə
başında oturdunmu heç?