Kolumbiyada dünyanın ən balaca adamı tapıldı.
Məlumatlara görə, Eduard Nino Ernandesin boyu 70 santimetr, çəkisi isə cəmi 10 kiloqramdır.
Ernandesin 24 yaşı var. O, dünyanın ən balaca adamı kimi Ginnesin rekordlar Kitabına düşüb.
Eduardın anası bildirib ki, oğlunun 2 yaşı olanda, onun boyunun artması
dayanıb. O, doğulandan sonra cəmi 40 santimetr artıb. Bu zaman
"rekordçu” öz bədənindən razıdır: "Mən unikal olduğuma görə xoşbəxtəm”.
Ernandes rəqs etməklə pul qazanır və hətta filmə çəkilir. Hazırda o, hansısa kriminal filmdə narkotik alverçisi rolunu oynayır.
Qeyd edək ki, bu vaxta qədər dünyanın ən alçaq boylu şəxsi mart ayında
vəfat edən çinli Xe Pinpin sayılırdı. Amma indi məlum olub ki, Pinpin
ən balaca adam olmayıb – o, Ernandesdən 4 santimetr uca olub.
Amma Ernandesin də "hakimiyyəti” uzun çəkməyəcək. Bu ilin oktyabrında
nepallı Xaqendra Tapa Maqarın 18 yaşı olacaq. Onun boyu isə cəmi 56
santimetrdir. O, yetkinlik yaşına çatandan sonra bu titula yiyələnəcək.
|