İngiltərə Futbol Federasiyası FİFA-nın rəsmən üzr istəməsini tələb edir
Keyptaun polisi İngiltərə və Əlcəzair futbol komandalarının
heç-heçə başa çatan oyunundan sonra ingilislərin soyunub-geyinmə otağına
soxulan azarkeşi axtarır. Lent.az-ın "goal.com” saytına istinadən
verdiyi məlumata görə, ingilis futbol fanatı komandalarının Əlcəzair
yığmasının qapısına yol tapa bilməməsindən hirslənib.
Soyunub-geyinmə otağına soxulan azarkeş həmin vaxt otaqda yalnız
olan Devid Bekhemdən kobud formada ingilislərin oyunu barədə nə
düşündüyünü soruşub. Olay soyunub-geyinmə otağını İngiltərə kral
ailəsinin üzvləri-şahzadə Harri və Uilyam tərk etdikdən az sonra baş
verib.
İngiltərə Futbol Federasiyası isə FİFA-dan inciyib. Çünki həmin gün
meydanda təhlükəsizliyi yalnız polislər qoruyublar, FİFA əməkdaşları
gözlənilmədən tətil elan ediblər. İndi İngiltərə Futbol Assosiasiyası
FİFA-nın baş vermiş olaya görə rəsmən üzr istəməsini tələb edir.
Qeyd edək ki, qalmaqal yaradan azarkeş Devid Bekhemlə kobud danışdıqdan sonra soyunub-geyinmə otağını tərk edib.
|