Bir Sevgili Axtarıram: Mənə özündən də çox güvənən...
Bir Sevgili Axtarıram: Hər aynanın qarşısına keçdiyində məni aynada görən, Mən olan...
Bir Sevgili Axtarıram: Hər gün yolumu gözləyən, həsrətimə dözə bilməyən, mənsiz dözə bilməyən. Görüşəcəyimiz günü səbirsizliklə gözləyən, məni gördüyü an məni qucaqlayan, məndən qopa bilməyən...
Bir Sevgili Axtarıram: Bəhanə axtarmayan, sevgisini bəhanələrlə yaşadıb, ayaqda saxlamayan...
Bir Sevgili Axtarıram: Günahını da savabını da mənə çəkinmədən deyə bilən, onun günahının da, savabının da şərikinin mən olduğunu bilən...
Bir Sevgili Axtarıram: Yıxıldığında qolumdan tutan, yalnız mənə arxalanan, yalnız mənə etibar edən, yalnız mənə inanan...
Bir Sevgili Axtarıram: Mənimlə qürur duyan, məni sevdiyini bütün dünyaya hayqıran...
Bir Sevgili Axtarıram: Yalnız məni düşünən, gələcəyinə məni də əlavə edən düşüncələrində... Dərdi yalnız Mən olan, dərdi yalnız mənimlə əbədəlik qovuşmaq olan...
Bir Sevgili Axtarıram: Yalnız mənimlə gülən, yalnız mənimlə ağlayan... Yalnız mənə tabe olan, yalnız mənə qarşı çıxa bilməyən, yalnız mənim sözümü dinləyən...
Bir Sevgili Axtarıram: Mənim üçün hər şeyindən keçə bilən, mənim üçün hər əzaba dözən, mənim üçün hərkəsə qarşı çıxa bilən, mənim üçün mübarizə aparan, mənim üçün canından da keçə bilən...
Bir Sevgili Axtarıram: Yanında olmasam da Məni Hər Zaman Yanında Bilən...
Varmı belə sevgili?
P.S: Yazı tamamilə mənə aiddir. Başqa saytlarda dərc olunmasın!
|