Hindistanda 66 yaşlı qadın 3 uşaq dünyaya
gətirib. Bhateri Devi adlı
qadın süni mayalanma və uzunmüddətli müalicədən sonra övlad sahibi ola
bilib. Bununla da o, dünyanın ən yaşlı üçəm anası olub.
Dünyaya gələn uşaqlardan ikisi oğlan,
digəri isə qızdır. Uşaqlar həddindən artıq zəifdir.
Qadının 64 yaşlı əri isə 44 ildən
sonra ata olduğu üçün xoşbəxtdir.
Deva Sing "uşaqlarım üçün ən yaxşı şərait yaratmağa çalışacağam" deyə
jurnalistlərə açıqlama verib.