Суббота, 04.05.2024, 07:42
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Август » 25 » Ramazan ayının cədvəli + Ramazan Mesajlari
08:42
Ramazan ayının cədvəli + Ramazan Mesajlari

Ramazan ayının cədvəli

Ramazan ayı cədvəlinin Word mətnini yüklə

Ölçüsü: 91 KB



Oruc hər bir həddi-buluğa çatmış müsəlmana vacibdir: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz" (Qurani-Kərim, əl-Bəqərə surəsi,183).

Orucun ərkanları: 1) Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək; 2) Oruc tutmaq üçün niyyət, fəcrin azanından əvvəl olmalıdır.

Orucun fəziləti: Peyğəmbər (s.a.s) demişdir: "Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər..." (əl-Buxari, 1896). "Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır" (əl-Buxarı, 1901).

Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir. Peyğəmbər (s.a.s) demişdir: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam"" desin (əl-Buxari, 1894). Peyğəmbər (s.a.s) deyib: "Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur" (əl-Buxari, 1903).

Orucu pozan şeylər: qəsdən qusmaq, gün batmamış oruc tutmaq niyyətindən dönmək, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, dili ilə yeməyin dadını öyrənmək, sürmə vurmaq, tüpürcəyi udmaq (bəlğəmdən başqa), həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Ramazan ayında gecə vaxtı yemək-içmək və həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar. Qanın tibbi yoxlama üçün verilməsi caizdir.

Qədr gecəsi: Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.

Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir: bunun miqdarı təxminən 2,5 kq əsas yeyinti məhsulu olur (Məsələn, xurma, düyü, un, kişmiş, arpa, buğda və s.).

Bayram namazı: orucluğun qurtarmasından sonra, səhəri gün qılınır.

Oruc tutanın, iftarını açarkən etdiyi dua:


Zəhəbə-z-zəməu vabtəlləti-l-uruq va səbətə-l-əcr in şəAllah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əsəlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

ORUC – DÜNYA VƏ AXIRƏT SƏADƏTI GƏTIRƏN ILAHI ZIYAFƏTDİR

İnsanların hamısı ziyafətdə iştirak etməyi xoşlayırlar. Xüsusilə böyük şəxsiyyətlərin təşkil etdiyi ziyafətlər hamı üçün daha maraqlı və arzulanandır. Hər bir ziyafət onu təşkil edənin kimliyindən asılı olaraq ozünəməxsusluğu ilə seçilir. Bu səbəbdən də ziyafətlər heç də həmişə süfrədə olan rəngarəng nemətləri ilə yadda qalmır. Ziyafət nə qədər böyük şəxs tərəfindən təşkil edilmiş olsa, süfrə məsələsi bir o qədər arxa planda qalır və əsas diqqət məclisin səbəbkarına, onunla ünsiyyətə yönəlir. Əgər kimsə belə bir boyük məclisə xüsusi olaraq dəvət alsa, üstəlik orada iştiraka gorə mükafat da veriləcəyini bilsə, yəqin ki, heç vaxt belə bir məclisdə iştirakdan boyun qaçırmaz.

Ramazan hər bir müsəlmanın dəvət olunduğu Allah qonaqlığıdır. Allah-Təala Qurani-Kərimin Bəqərə surəsinin 183-cü ayəsində bizləri bu ilahi ziyafətə dəvət etmiş və orada iştirak etməyi hər birimizə vacib buyurmuşdur. Bəli, Allah-Təala bizi ziyafətə dəvət etmiş və bildirmişdir ki, həmin ziyafətdə iştirak etsək, qazancımız dünya və axirət səadəti ola bilər.

Bildiyimiz kimi, İslamın insanlara vacib buyurdugu bütün əməllər həm maddi, həm də mənəvi mənfəətlərə əsaslanır. Oruc tutmaq da bu ümumi qaydadan istisna deyildir. Düzdür, Quran və ya hədislərdə heç də həmişə bütün əməllərin əsaslandığı hikmətlər açıqlanmır. Bunun müxtəlif səbəbləri ola bilər. Səbəblərdən biri kimi, həmin hikmətlərin izahının İslamın ilk dövrlərində insanlar tərəfindən lazımi şəkildə qavrana bilməməsini gostərmək olar.

Bildiyimiz kimi, bu gün artıq orucun insan sağlamlığına olan faydaları barədə kifayət qədər elmi dəlillər movcuddur. Hətta tam qətiyyətlə demək olar ki, insan orqanizmində orucun müsbət təsir göstərmədiyi bir üzv yoxdur. Bu cür elmi izahları o dovrün insanlarına başa salmaq təbii ki, qeyri-mümkün idi. Bu səbəbdən də Peygəmbərdən (s) və İmamlardan (ə) nəql edilmiş rəvayətlərdə orucun insan organizminə bu gün məlum olan xeyirlərini sadalayaraq, "oruc tutun ki, qanınızda olan ziyanlı yağlar təmizlənsin, bədəninizdəki filan zəhərli maddələr ərisin, qaraciyərinizin fəaliyyəti normallaşsın, astma xəstəliyi aradan qalxsın" və s. kimi ifadələr işlətməmiş, ümumi olaraq "oruc tutun ki, saglam olasınız" deməklə kifayətlənmişlər.

Orucun butun bu faydalarına baxmayaraq Allah-taala onun maddi xeyrini deyil, mənəvi faydasını açıqlamaga üstünlük vermişdir. Bunun səbəbi odur ki, mənəvi faydanı nəzərə alaraq oruc tutan, həmin maddi xeyirləri də təbii olaraq əldə etmiş olur. Belə ki, insan Allaha xatir oruc tutanda da oruc öz maddi təsirini həmin şəxsə gostərəcək və o, orucun organizmə olan xeyirlərini əldə edəcəkdir. Məsələnin əks tərəfi isə belə deyildir. Belə ki, əgər kimsə yalnız həmin maddi məqsədlərlə oruc tutsa, ondan nəzərdə tutulan mənəvi xeyirləri əldə edə bilməyəcəkdir. Oruc üçün Allah tərəfindən nəzərdə tutulan mənəvi xeyir isə heç nə ilə müqayisə edilə bilməz.

Orucun ən böyük faydalarından biri onun insan mənəviyyatına olan töhfəsi, insanın iradəsini möhkəmləndirməsi, öz nəfsinə hakim etməsidir. Allah-taala da orucun bu xeyirinə toxunmuş və oruc tutmağın təqva əldə etmək istiqamətində bir addım olmasını bəyan etmişdir. Təqva nədir? Təqva insanın həm zahir, həm də batində Allahdan qorxmasi, butun hallarda Onun gostərişlərinə tabe olmasıdır. Əgər biz Qurani-Kərimə nəzər salsaq gorərik ki, təqvaya malik olmaq Allah qanında bəndənın ən bəyənilən sifətidir. Allah-Taala insanlardan təqvalı olmağı istəmiş və təqvanı bəndələrin bir-birindən üstünlük meyarı təyin etmişdir (Hucurat 13). Allahın rəhmət və mərhəməti hər şeyi əhatələmiş və O, rəhmətini yalniz təqvalılara vacib etmişdir (Əraf 156). Allah-Təala məhz təqvalıları cənnətin varisləri edəcəkdir (Məryəm 63). İnsanların hamısı cəhənnəmə daxil olacaq, Allah oradan yalniz təqvası olanları çıxaracaqdır (Məryəm 72). Allah xeyir işləri yalnız təqvalılardan qəbul edir (Maidə 27). Ən gozəl azuqə təqvadır (Bəqərə 197). Çünki bizim əməllərimizdən Allaha yalniz təqva çatır (Həcc 37). Xülasə, ümumiyyətlə bütün ibadətlərdən məqsəd təqva əldə etməkdir (Bəqərə 21).

Quranın təqvaya bu qədər əhəmiyyət verməsindən sonra hər bir müsəlmanın vəzifəsi təqvaya yiyələnmə istiqamətində hərəkət etmək və təqvasının artmasına səbəb olan işlər görməyə çalışmaq olmalıdır. Həmin təqvaya səbəb olan əməllərdən biri də orucdur. Allahın bizlərə vacib buyurduğu ibadətlər içərisində oruc xüsusi əhəmiyyətə malikdir. Oruc islami ibadətlər arasında bir neçə xüsusiyyəti ilə seçilir. Bunlardan biri orucun sırf Allaha məxsus ibadət olmasıdır. Peyğəmbərdən (s) nəql edilmiş məşhur rəvayətlərdən birində deyilir: "Allah-Təala buyurmuşdur: "Oruc Mənə məxsusdur və onun mukafatını mən Ozüm verəcəyəm." Əslində İslami baxımdan ibadətlərin hamısı Allaha məxsusdur və Allahdan qeyrisinə ibadət etmək haramdır. Lakin Allah-Təalanın orucu xüsusi olaraq vurğulaması bu ibadət novünün əhəmiyyətini gostərir. İslam alimləri bu hədisin izahında bir noqtəyə də işarə edirlər ki, Allah-Təalanın həmin mübarək kəlamından məqsəd, orucun riyakarlıq göstərmək mümkün olmayan yeganə ibadət olmasıdır. Çünki bildiyimiz kimi, ibadətlərin hamisinda adətən insan hansisa işi gorməklə ibadət edir. Orucda isə ibadət hərəkətlə deyil, hərəkətsizliklə, yəni bir sıra hərəkətlər etməməklə, bir sıra əməllərdən çəkinməklə yerinə yetirilir. Hərəkət olmayanda da, təbii ki, başqasına gostərməli bir şey olmadığı üçün riyakarlıq mümkün deyil.

Orucun digər bir ozünəməxsusluğu onun həm Quranda, həm də hədislərdə səbr adlandırılmasıdır (Bəqərə 45). Oruc Allahın qadağan buyurduğu şeylər müqabilində Allaha xatir səbr etməkdir və bildiyimiz kimi İslamda ən boyük mükafatlardan biri məhz səbr sahibləri üçün nəzərdə tutulmuşdur. Belə ki, Allah-Təala Qurani-Kərimdə səbr edənlərə saysız-hesabsız mükafat verəcəyini bildirmişdir (Zumər 10). Elə bu səbəbdəndir ki, müqəddəs dinimizdə bir sıra əməllərin mükafatının boyüklüyünü başa salmaq üçün meyar olaraq oruc gostərilir. İslamda orucla bağlı diqqəti çəkən digər bir məqam da orucun bir sıra əməllər üçün kəffarə (cərimə) rolunu oynamasıdır. Orucun insanın günahlarının bağışlanmasındakı rolu barəsində hədis mənbələrində çoxlu sayda rəvayətlər mövcuddur. Lakin Quranda konkret olaraq bir sıra günah əməllərin cəzası olaraq, yaxud bir sıra vacib əməllərin yerinə yetirilmədiyi təqdirdə oruc tutmaq əmr edilmişdir ki, misal olaraq Bəqərə surəsinin 196-cı ayəsini, Nisa surəsinin 92-ci ayəsini, həmçinin Maidə surəsinin 89 və 95-ci ayələrini gostərmək olar.

Orucun maddi və mənəvi xeyirləri barəsində danışaraq məsələnin bütün tərəflərini əhatə etmək qeyri-mümkündür. Ən azı ona görə ki, orucun insan orqanizminə xeyirləri hələ indi, İslamin gəlməsindən 1400 il sonra üzə çıxır və daha on və yüz illər sonra nələrin məlum olacağını heç kəs deyə bilməz. Allah-Təala isə bütün bu maddi və mənəvi xeyirləri bir cumlə ilə ifadə edərək buyurmuşdur: «Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!» (Bəqərə 184). Elə isə bütün əmrləri saysız hikmət və xeyirlərə əsaslanan Allahin dəvətini qəbul edərək özümüzü bu ilahi ziyafətdən məhrum etməyək. Allah-Təala hamımıza Ramazan ayında Özünün bəyəndiyi kimi oruc tutmağı nəsib etsin. AMİN!

 
Ramazan Bayramı Mesajları
Ramazan Bayramı Mesajları


Bir bayram gülüşü sovur göylərə, köhnə zamanlara gülücüklər gətirsin elə içdən, səmimi, gözyaşlarını belə təbəssümə çevirsin. Bayramınz mübarək.


Ramazan Bayramı Mesajları


Qardaşlığın doğulduğu, sevgilərin birləşdiyi, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu neçə belə bayramlara.


Ramazan Bayramı Mesajları


Bir damla sərilsin ürəyinə, min xoşbəxtlik dolsun könülünə, bütün xəyalların gerçək olsun, duaların qəbul olsun bu bayramda. Ramazan bayramın mübarək olsun.


Ramazan Bayramı Mesajları


Ramazan bayramını doya doya yaşayaq. Hər şeyə qadir olan uca ALLAH, bizləri, doğru yoldan Və sevdiklərimizdən ayırmasın!Xeyirli və bərəkətli Ramazan bayramları diləyiylə.


Ramazan Bayramı Mesajları


Kainatın yaradıcısı və aləmlərin rəbbi uca ALLAH'a sonsuz şükrlər olsun! Ramazan bayramı bərəkətiylə, bolluğuyla gəlsin, bütün insanlıq üçün xeyrlərə səbəb olsun.


Ramazan Bayramı Mesajları


Gözəllik, birlik, bərabərlik dolu, hər vaxt bir əvvəlkindən daha gözəl və xoşbəxt bir Ramazan bayramı diləyirik. Böyüklərimizin əllərindən, kiçiklərimizin gözlərindən öpürük.


Ramazan Bayramı Mesajları


Həyəcan və həsrətlə gözlənilən müqəddəs Ramazan bayramı gəldi, xoş gəldin. Mübarək bayram xalqımıza sağlamlıq, dinclik, xoşbəxtlik, bolluq və bərəkət gətirsin. Xeyirli bayramlar diləyiylə.


Ramazan Bayramı Mesajları


Mübarək Ramazan bayramınızı təbrik edir xeyrlərə səbəb olmasını diləyirik. Bu xeyirli gündə dualarınız qəbul olsun. Dualarınızı əskik etməyin.


Ramazan Bayramı Mesajları


Bayramlar, insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin pərçimləndiyi günlərdir. Bayramlar, insanların bir-birləriylə olan hirsliklərini unutduqları, barışdıqları, qardaş tərəfindən qucaqlaşdıqları günlərdir. Neçə belə bayramlara.


Ramazan Bayramı Mesajları


Mübarək Ramazan bayramı bütün xalqımıza müqəddəs olsun. ALLAH bütün inananlara neçə belə dinc, bərəkətli Bayramlar nəsib etsin. Bayramınız mübarək.


Ramazan Bayramı Mesajları


Bu gün əllərinizi hər zamankindən daha çox açın. Ovucunuza mələklər gül qoysun, ürəyiniz coşsun. Ramazan bayramınız xeyrlərə səbəb olsun.


Ramazan Bayramı Mesajları


Ramazan bayramının xalqımızın diriliyinə, məzlumların qurtuluşuna, insanlığın dinclik, barış və hidayətinə səbəb olmasını diləyərik. Neçə belə bayramlara.


Ramazan Bayramı Mesajları


Yenə bayram səhəri, Kimi ailələriylə, kimi sevdikləriylə birlikdə. Yenə təkliyə salam saatı. Uzaqlaşmış sevgilər, çarəsiz hüznlərlə bayramınız mübarək olsun.


Ramazan Bayramı Mesajları


Təklik nə ucsuz-bucaqsız mavi dənizdə, nə də bir çöl ortasında tək başına olmaqdır. Təklik sevdiklərindən uzaq bayramlarda tək qalmaqdır. Bayramınız mübarək olsun.


Ramazan Bayramı Mesajları


Qurani - Kərimə inancın sona çatmasın, ürəyin nur ilə dolsun, ALLAH daim köməkçin olsun, Sənin də Ramazan bayramın mübarək olsun.


Ramazan Bayramı Mesajları


Bayramlar, hisrliliklərin unudulduğu, insanların barıştığı, qardaşca qucaqlaşdığı günlərdir. Bayramlar, milli və dini duyğuların, inancların, ənənə və adətlərin tətbiq olunduğu bir cəmiyyətdə millət olma şüurunun şəkilləndiyi, qüvvətləndiyi günlərdir. Sevgi dolu və dinc neçə belə bayramlar keçirmək diləyiylə.


Ramazan Bayramı Mesajları


Dostluğu, sevgini və gələcəyi...Çörəyimizi, süfrəmizi... Hüznümüzü, ağrımızı, təkliyimizi paylaşdığımız; birlik və birliyimizi, qardaşlıq və dostluğumuzu ən isti şəkildə hiss edəcəyimiz mübarək Ramazan Bayramınızı təbrik edər, xoşbəxtliklər diləyərəm.


Ramazan Bayramı Mesajları
Категория: Din | Просмотров: 1985 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 2
0  
2 _capoeira_   (26.08.2009 21:53) [Fayl]
Alla rucumuzu qebul elesin..Amin

0  
1 free_boy   (25.08.2009 13:34) [Fayl]
allah orucuvuzu qebul etsin

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Август 2009  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024