Пятница, 03.05.2024, 13:01
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Август » 17 » Ramazan hazırlıqları
16:18
Ramazan hazırlıqları
 
 
Üzümüzə müqəddəs Ramazan ayı gəlir. Bizim kimi bütün islam dünyası da Ramazan ayının gəlişindən xəbərdardır. Kimlərsə onu səbirsizliklə gözləyir, kimlərinsə də heç gəlib-yetişənə qədər Ramazandan xəbəri olmur.

Ramazan ayı Allahın əsl qulları üçün bir fürsətdir. Bu, Allaha yaxınlaşmaq və ibadətlərin qarşılığında daha yüksək savab əldə etmək fürsətidir. Ona görə də bu ayda Allahın rəhməti, məğfirəti, lütfü və bərəkəti itaətkar qullarının üzərində olur və Allah Ona yaxınlaşdıran yolları qullarına daha da asanlaşdırır. Məhz Ramazan ayında Allahın əmrilə ən pis və lənətlənmiş şeytanlar qandallanır, Cəhənnəmin qapıları bağlanır və Cənnətin qapıları açılır.
Ramazan ayının fəzilətlərindən, savablarından və üstünlüklərindən söhbət açmamışdan əvvəl Ramazan ayının gəlişi ilə əlaqədar hazırlıqlara toxunmaq istərdik. Hər bir insan mühüm bir işə, görüşə, layihəyə və ya münasibətə qabaqcadan hazırlaşır. İnsan baş verəcək mühüm hadisəni qabaqcadan düşünür, həyəcan keçirir, əldə edə biləcək nailiyyətləri düşünüb sevinir, itirə biləcəkləri varsa kədərlənir və bütün bunlardan əlavə o, bu hadisəyə hazırlıqlar görür. Buna bir çox misal gətirmək olar. Məsələn, toy mərasiminə, futbol maçına, dünya kubokuna, imtahana, böyük şəxsiyyətlə görüşə, çoxlu gəliri olan alverə və sairə kimi dünyada insan üçün əhəmiyyət daşıyan hadisələrə insanların hazırlaşdıqlarını görə bilərik. Halbuki bütün bu mənfəətlər fani, keçici və müvəqqətidir. Hər şeyi yaradan və insana hər şeyi verən Allah öz yaratdığı bəndələrinə faydalı və xeyirli bir ay təyin edib və onlara mərhəmət etdiyi üçün bu ayı xüsusiləşdirib. Heç bir zaman səhv etməyən və hər şeyi hikmətlə edən rəbbimiz bizə Ramazan ayını bir hədiyyə olaraq verir ki, bu ayda çalışıb yüksək nailiyyətlər əldə edək. Lakin çoxlarımız bu ayı sadəcə İslamın 5 şərtindən biri kimi qəbul edib bu ayın oruc tutmaqdan başqa mahiyyəti olmadığını düşünürük. Halbuki biz bu aya qabaqcadan hazırlıqlar görməliyik. Səhabələr bu aya 6 ay öncədən hazırlaşırdılar ki, onun bərəkətindən məhrum olmasınlar, onu lazımınca yaşasınlar və Allahın rəhmətinə qovuşan qullarından olsunlar. Bizlər səhabələr kimi ola bilməsək də bu aya xüsusi hazırlıq görməliyik.

Ramazan ayına necə hazırlaşmalıyıq? Əvvəla, bu aya həm fiziki, həm də mənəvi olaraq hazırlıq görməliyik. Mənəvi hazırlığın əhəmiyyəti ondan ibarətdir ki, hər bir müsəlman daxilində bu ayın gəlişini səbirsizliklə gözləməli, bu ayın fəzilət və bərəkətinə inanmalı və bu aydakı ibadətlərə ruhu ilə hazır olmalıdır. Bunun üçün hər bir müsəlman müxtəlif üsül və vasitələrdən istifadə edə bilər. Məsələn, buraya daxildir:

1. Əvvəla, Allahın insana verdiyi bu fürsəti insan daxilində dəyərləndirməlidir. Allahın ona olan mərhəmətini hiss edərək, Allaha olan məhəbbətini artırmalıdır. Bu ayda tam olaraq Allahın razılığını qazana bilib bilməyəcəyini düşünüb həyəcanlanmalı və əlbəttə ki, daxilində böyük bir iradə toplamalıdır ki, bu ayın ibadətlərini müntəzəm şəkildə həyata keçirə bilsin.

2. Ramazan ayının əhəmiyyətini yalnız öz daxilində deyil, başqaları ilə də paylaşmalıdır. Ramazan ayı xüsusi və şəxsi bir məsələ deyil. Bunu ətrafdakı bütün müsəlmanlarla müzakirə etmək gərəkdir. Bizdən hər birimiz evimizdə, qohum-əqrəbalarımızın arasında, məktəb və universitetlərdə, iş yerimizdə və tanıdığımız hər bir şəxsə Ramazanın gəlişi haqqında danışmalıdır. Bununla biz bilməyənlərə nəyisə xatırlada və bizdən daha çox bilənlərdən faydalı məlumatlar əldə edə bilərik.

3. Bəzən təklikdə oturub Ramazan ayında olunacaq ibadətlər üçün proqram da qurmaq lazımdır. İnsan oturub bir müddət daxilində bu ayı layiqincə keçirəcəyini və ibadətləri bacardığı qədər çoxaldacağını niyyət etməlidir.

4. Əlbəttə, bütün bunlardan əlavə rəbbimizin bizə verdiyi daha bir fürsətdən də istifadə etməliyik. Bu, dua etmək fürsətidir. Hər gün, hər namazda, hər an təklikdə olanda əlimizi açıb Allaha yalvarmalıyıq ki, bu aya sağ-salamat çıxaq, bu ayda ibadətləri müntəzəm etməkdə müvəffəq olaq və Allah bizi bu ayın bərəkətindən məhrum etməsin.

Mənəvi hazırlığın əhəmiyyəti olduğu kimi, fiziki hazırlığın da xüsusi əhəmiyyət var. Çünki bunlar ikisi bir-birini tamamlayır. Fiziki hazırlıq deyəndə isə biz Ramazan ayında görəcəyimiz müxtəlif ibadətlərə fiziki və maddi baxımdan hazırlaşmağı nəzərdə tuturuq. Məsələn, Ramazan ayında gecə namazı, sədəqə vermək, oruc tutmaq, nafilə namazları qılmaq, Quran oxumaq, çoxlu zikr etmək və sairə kimi ibadətlər varsa, biz bunlarla qabaqcadan məşq etməliyik. Bunun, həqiqətən, böyük faydası var. Peyğəmbərdən (s) rəvayət olunduğuna görə, o, Ramazan ayından savayı Şaban ayında tutduğu oruclar qədər, başqa ayda oruc tutmazdı. Gecə namazına gəlincə isə peyğəmbərimiz (s) istər Ramazanda, istərsə də digər zamanlarda, həmişə gecə namazı qılardı.

Buna görə də biz:

1. gecə namazlarına qalxmağı öyrənməliyik ki, Ramazan gələndə tənbəllik etməyək.

2. indidən oruc tutmalıyıq və bu zaman ən azından peyğəmbərimizin (s) sünnəsinə uyğun olaraq bazar ertəsi və cümə axşamları orucla keçirməliyik.

3. evdəkilərlə və dost-tanışlarla bir yerə yığılıb Ramazan ayı üçün gözəl plan hazırlamalıyıq. Bu planda biz müxtəlif ibadətləri, iftara dəvətləri və sairə kimi xeyir əməlləri proqram şəklində yığmalıyıq.

4. İş yerində iş yoldaşları ilə Ramazan ayının gəlişini müzakirə etmək gərəkdir. Bununla biz onları bir növ oyatmış olarıq. Oruc tutmaq fikrində olmayanı oruca dəvət edə, tutmağı qərarlaşdıranı isə həvəsləndirə bilərik.

5. Ramazan ayında olan nafilə ibadətlərin savabları, fərz ibadətlərinin savabları qədər, fərz ibadətlərin savabları isə 70 dəfə artıq olur. Buna görə biz fərz namazlarının bütün sünnətlərini, züha namazlarını, əlavə (nafilə) namazları və davamlı sədəqə verməyi indidən öyrənməliyik ki, bunu Ramazanda daha sıx şəkildə həyata keçirə bilək.

Əziz müsəlmanlar! Bütün yuxarıda yazılan vasitələr şərt və ya zərurət deyil. Bunlar sadəcə mübarək Ramazandan daha çox faydalanmaq üçün bizim bacarıb bildiyimiz qədər sizə çatdırdıqlarımızdır. Bundan əlavə siz öz bildiyiniz vasitələrdən də istəfadə edə bilərsiniz. Ancaq Ramazan ayına hazırlığı indidən başlamaq lazımdır. Bu nə qədər gec də olsa, heç olmamasından daha yaxşıdır.

Allah sizi qarşıdan gələn Ramazan ayının bərəkətindən məhrum etməsin! Amin!

Категория: Din | Просмотров: 934 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
0  
1 free_boy   (21.08.2009 18:00) [Fayl]
hamini oruc tutmaga sesliyirem

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Август 2009  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024