Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Lent.az xoşbəxt olmağın ən sadə sirlərini təqdim edir.
1. Hər şeylə qane olmağı bacarın. Qane olmaq bacarığı sizə xoşbəxtliyin
qapısını açacaq. Malik olduğunuz hər bir şeyi dəyərləndirin. Malik
olduqlarını dəyərləndirə bilməyənlər xoşbəxt ola bilməzlər;
2. İnamlı olun, özünüzə və qadir olduqlarınıza inanın. Bu sizin həyatda
mövqeyinizi gücləndirəcək və siz insanlar arasında varlığınızı hiss
edərək özünüzü xoşbəxt sanacaqsınız;
3. Mərhəmətli olun və bağışlamağı bacarın. Siz bununla
ətrafdakılarınıza da xoşbəxtlik bəxş etmiş olarsınız. Xoşbəxt
insanların arasında olmaq isə özü bir xoşbəxtlikdir;
4. Keçmişdə həyatınızda baş verən xoşagəlməz hadisələri və səhvlərinizi
unudun. Keçmişin yükünü çiyinlərində daşıyan insan xoşbəxt ola bilməz.
Enerjinizi gələcəyiniz üçün sərf edin. Bu sizi xoşbəxtliyə aparacaq;
5. Daha çox ünsiyyətdə olmağa çalışın. Ünsiyyət tələbatını ödəyə
bilməyən insanlarda özünə qapalılıq və psixoloji gərginlik yaranır ki,
bu da xoşbəxt olmağın qarşısına dəmir sədlər çəkir;
6. Həyat maraqlarınızı inkişaf etdirin, nə qədər çox maraq və
istəkləriniz olsa xoşbəxtliyə gedən yollarınız da bir o qədər geniş
olacaq;
7. Yaşamağınızın məqsədini dərk edin. Bu məqsəd uğrunda mübarizə
aparın. Çətinliklər sizi yormasın. Düşünün ki, bu çətinliklərdən keçib
məqsədinizə nail olanda əsl xoşbəxtliyin ləzzətini dadacaqsınız.