Xalq artisti Faiq Ağayevə 8 bıçaq zərbəsi vuruldu!
1 saylı şəhər xəstəxanasından bigtac.tk-ya verilən məlumata görə, xalq
artisti F.Ağayev və digər iki nəfər bu gün səhər 06:00 radələrində
xəstəxanaya daxil olub. Vəziyyəti ağır olduğundan müğənni dərhal
cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.
Nəsimi rayon prokurorluğundan aldığımız məlumata görə, yaralananlar
onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayevdir. A.Musayevə 2,
R.Bayramova isə çoxsaylı bıçaq zərbələri endirilib. Hər üç yaralının
vəziyyəti ağır olduğundan onları dindirmək mümkün olmayıb. Hadisə ilə
bağlı cinayət işi açılıb.
Əldə etdiyi məlumata görə, Faiq Ağayevin "Audi - Q7" markalı
avtomobilinin salonu qan içində olub. Hadisənən maşında, yaxud maşından
kənarda törədilməsi dəqiqləşdirilir.
bigtac.tk xəbər portalının xəstəxanada olan əməkdaşının verdiyi məlumata
görə, müğənninin maşını əzilmiş vəziyyətdədir. Onun həmkarı və dostu
Ədalət Şükürov da xəstəxanadadır.
Xalq artisti artıq əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatları barədə hələlik polis tərəfindən məlumat verilmir.