bigtac.tk-ın məlumatına görə, aktrisa həmin tarixdə Heydər Əliyev adına Sarayda "Təmtəraqlı toy” tamaşasında oynamalı idi.
Aktrisa xanım Rusiyanın kanallarının birində yayımlanacaq "Buz və od”
layihəsində iştirak etmək üçün tamaşada iştirakdan imtina etməli olub.
Aktrisanın prodüseri deyib ki, onun Bakıya gəlişi üçün xeyli danışıqlar
aparıblar, lakin layihənin nümayiş etdirildiyi kanal rəhbərliyi ciddi
şəkildə etiraz edib.
Kojevnikovanı məşhur rus teleulduzu "Dom 2”-nin aparıcısı Olqa Buzova əvəz edəcək.
Baş rollarda Vitaliy Qoqunskiy (Kuzya), Aleksey Klimuşkin (milliarder
Silvestr), Andrey Qadulen (Saşa), digər rollarda Mariya Qorban Svetlana
Permakova iştirak edəcək.
"Təmtəraqlı toy” ingilis dramaturqu Robin Xoudonun əsəridir, quruluşçu rejissor isə Vladimir Ustyuqovdur.
Biletlər 22-65 manat arasında dəyişir.
Tamaşanı "Fun-Fun qrupp" təqdim edir.
Tamaşa hazırda Rusiyada uğurla nümayiş etdirilir.
|