Bəstəkar Nadir Əzimovun iddiası əsasında müğənni Röyanın məhkəməyə çəkilməsinə dair müğənni milli.az saytına açıqlama verib. Röyabəstəkar Nailə Mirməmmədlini efir vasitəsilə müdafiə etdiyi səbəbindən N.Əzimovla münasibətlərində problem yaranmasından danışıb.
"Mənim problemim Nadir Əzimovla mübahisə yaratmaq olmayıb. Nailə Mirməmmədliyə edilən haqsızlığa etirazım mənə ağır başa gəldi. Bir mahnıya görə qadınla bu cür münasibət yaratmaq məni sarsıtdı. Nailə Mirməmmədli mənim üçün sıradan bir insan deyil, onu müdafiə etməyi özümə borc bildiyim üçün ona qarşı haqsızlığa göz yuma bilmədim. Emosiyalarımı cilovlaya bilmədim və efirdən sözümü dedim. Hətta stressdən 4 həftəlik körpəmi itirdim. Amma gərək Nadir Əzimov Nailə xanıma qarşı bu cür haqsızlıq etməyəydi. O xanım illərdir əzab çəkir, övladının, ərinin itkisi onu üçün bir dağdır. Lap günah Nailə xanımda olsaydı da deyəydi ki, canı sağ olsun, deyib, deyib. Amma o, başqa cür hərəkət etdi. Məhkəmə işinə gəlincə, bu, onun şəxsi seçimidir. Heç kim onun işinə qarışa bilməz” - deyə Röya bildirib.
|