Yalnız 13 yaşında olmasına baxmayaraq, nadir rast gəlinən bir xəstəlik üzündən az qala 50 yaşında görünür.
İngiltərə, Rotherhamda yaşayan 13 yaşındakı Zara Hartshorn lipodistrofi adlı nadir rast gəlinən bir genetik pozuqluq səbəbiylə az qala 50 yaşındaymış kimi görünür.
Qızın xəstəliyi, dərisinin altındakı yağın yox olmasına səbəb olur. Dünyada yalnız 2 min insanın bu xəstəliyi daşıyır və xəstəliyin çox təəssüf ki bilinən bir müalicəsi yoxdur.
New York Post qəzetinə danışan Hartshorn, insanların özünə "nənə, meymun" kimi adlar taxdığını söyləyir və əlavə edir: "Bəzən yalnız tualetə gedib ağlayıram"
|