Söhbətin hansısa "öldürülməyə çalışılan sirli qadından" , "rəhmsiz və qanlı hakimin gəlişindən", "şeytan qövsü"ndən getdiyi proqnozları analiz edən araşdırıcılar hesab edir ki, gələn ilin noyabrında III Dünya müharibəsinin başlanması mümkündür. Onların fikrincə, "şeytan qövsü" deyərkən Nostradamus ballistik raketi nəzərdə tuta bilər. "Gələn ilin noyabrında kimyəvi silahdan istifadə edilməklə, III Dünya müharibəsi başlana bilər. Qərbi Avropa və ABŞ-ı qarşıdurmalar gözləyir. Böyük Britaniya ilə Fransa arasında da münaqişə baş qaldıra bilər. Daha bir müharibə yaşanan ərazinin Krım olması mümkündür və sair" Araşdırıcılar bildirir ki, Amerikada ciddi kataklizmlər yaşanacaq, eyni zamanda Rusiyada da dağıdıcı zəlzələlər baş verəcək, Cənub-Şərqi Asiyada dəhşətli daşqınlar olacaq, Günəşdə aktivlik azalacaq, iqtisadi tənəzzül tüğyan edəcək.
|