Главная » 2010»Октябрь»18 » “Klana- A- Plan”: “Rüfətin yoxluğu ilə hələ barışa bilmirik”
15:11
“Klana- A- Plan”: “Rüfətin yoxluğu ilə hələ barışa bilmirik”
"Dünyasını dəyişməmişdən bir neçə saat öncə adəti üzrə dostlar yığışmışdıq. Domino oynadıq.
Bir də gecə xəbər aldım ki, Rüfət rəhmətə gedib. Həkim-ekspertlərin
verdiyi məlumata görə, ürəyindəki damarların biri normal fəaliyyət
göstərmirmiş. Rüfət elə oğlan idi ki, heç vaxt səhhətindən
şikayətlənməzdi. Onun haqqında, keçmiş zamanda danışmaq mənə çox
çətindir. Binəqədidə, nənəsinin uyduğu ailə qəbiristanlığında dəfn
mərasimi keçirilsə də Rüfətin yoxluğu ilə barışa bilmirik”.
Rüfət Əfəndiyevlə eyni qrupla fəaliyyət göstərən dostları Lent.az-a mərhumla bağlı xatirələrindən danışıblar.
Dostlarının sözlərinə görə, Rüfətin yazdığı treklər "Klana-A-Plan"ın
repertuarında daha çox yer alacaq: "O, çox istedadlı idi. Həm
rep-trekləri, həm müasir pop-musiqiləri bəstələyirdi, həm də çox fərqli
aranjemançı idi. Onun yaradıcılığını pərəstişkarlarımız müxtəlif
treklərimiz vasitəsi ilə eşidiblər. Amma üzə çıxmayan o qədər
musiqiləri var ki, bacardığımız qədər onların hamısını oxumağa
çalışacağıq. Qrupumuzda onun yerini heç kim doldurmayacaq. Onsuz da
qrup üzvləri arasında söz vermişdik ki, Rüfət kimi əziz dostumuzun
vaxtsız vəfatından sonra, birmənalı olaraq, sıralarımıza heç bir reperi
qəbul etməyəcəyik".
Üzücü xəbəri eşidib şok keçirən qrup üzvü – "Qurd” ləqəbli Azər isə
dəfn mərasimində iştirak etmədiyi üçün ikiqat üzüldüyünü bildirİB:
"Hazırda Polşadayam və Bakıya qayıtmaq üçün ancaq iki gün sonraya
təyyarə bileti əldə edə bilmişəm. Hələ də inanmağım gəlmir ki, qardaşım
kimi mənə yaxın olan Rüfət artıq həyat yoxdur. Qəhər məni boğur, danışa
bilmirəm. Allah rəhmət eləsin, qəbri nurla dolsun”.
Qeyd edək ki, oktyabrın 16-da axşam saatlarında səsyazma studiyasına
gedən reper birdən-birə özünü pis hiss edib. Bu səbəbdən Bakıda
yerləşən xəstəxanalardan birinə şəxsən müraciət edib. Ona xəstəxanada
qalaraq müalicə olunmaq təklif edilsə də Rüfət razılaşmayıb. Dostu ilə
birgə Milli Parkda gəzməyə üstünlük verən gənc reper daha sonra evə
qayıdarkən yolda keçinib.