Orta yaşlı bir qadının günlük kalori ehtiyacı 2200-2400 kalori arasındadır. Meyvə suları 100-150 kalori həcmində olduğu üçün formanızı pozmadan sağlamlığınızı qoruya bilərsiniz.
PORTAĞAL SUYU C vitamini baxımından zəngin olan portağal suyu immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında içəcəyiniz təzə sıxılmış portağal suyu soyuqdəymələr və qripə qarşı qoruyur. Təzyiqin tarazlaşdırılmasına və ürək sağlamlığının qorunmasına kömək edən portağal suyu sadəcə 100 kaloridir.
ALMA SUYU
Aclıq, qan şəkərini tarazlayan, böyrəklərin tənzimlənməsində təsirli xüsusiyyətə sahib alma suyu xolestrolun düşməsinə də kömək edir. Həzm sistemi və mədə xəstəliklərini yaxşılaşdırmaq, baş ağrısını aradan qaldırmaq üçün alma suyu içmək faydalıdır. Təzə sıxılmış alma suyu sadəcə 100 lakoridir.
GİLANAR SUYU
Gilanar tərkibindəki maddələr sayəsində hüceyrələrin yenilənməsini sürətləndirir. Sağlam və hamar bir üz dərisi üçün gilanar suyu köməyimizə çatır. Beyin və sinir sisteminin inkişaf etdirir, sidik yollarını təmizləyir. Bir stəkan gilanar suyu sadəcə 110 kaloridir.
ÜZÜM SUYU
Üzüm suyu bağırsaqları işlədici və sidik sökdürücü xüsusiyyətə malikdir. Tərkibindəki antioksidant sayəsində üzün yaşlanmanın qarşısını alır, qan azlığını aradan qaldırır. Özünüzü yorğun hiss edərkən bir stəkan üzüm suyu içsəniz rahatlaşmış olduğunuzu hiss edəcəksiniz. Bir stəkan üzüm suyu sadəcə 150 kaloridir.
ƏRİK SUYU
Qadınların risk altında olduğu sümük əriməsinə qarşı ərik suyu içərək qoruna bilərsiniz. Tərkibindəki kalsium və maqnezium sayəsində sümük əriməsinin qarşısını alır. Həzm sisteminin tarazlı işləməsi üçün lazımlı təbii lifləri yaradır, qəbzliyə qarşı təsirlidir. Bir stəkan ərik suyu sadəcə 110 kaloridir.
KÖK SUYU
Qan dövranını gücləndirir, bağırsaq sisteminin davamlı işləməsinə kömək edir. Sakitləşdirici və rahatladıcı özəlliyə malikdir. Bədənin A vitamini və beta karatin ehtiyacını qarşılayır. Mədə yanması problemi yaşayırsınızsa bir stəkan təzə sıxılmış kök suyu köməyinizə çatacaq.
Təzə sıxılmış bir stəkan kök suyu sadəcə 130 kaloridir.
|