500 milyon dolarla başa gələn dünyanın ən bahalı filmi və bütün dünyadakı film sevərlər tərəfindən səbirsizliklə gözlənilən "avatar” ilk dəfə ötən gün Londonda nümayiş etdirilib. Yüzlərlə şərhin səsləndirildiyi nümayişdən çıxan hər kəs bircə məsələdə həmfikir olub: "Bu film kino sahəsində bir inqilab yaradacaq”. Üç hissəsi çəkilən "avatar”ın ilk nümayişi Londonun Leicester meydanındakı Odeon kinoklubunda edilib. Yüzlərlə mətbuat nümayəndəsinin də izlədiyi filmin nümayişinə, rejisor James Cameron və baş rol aktyorlarından Sigourney Weaver də qatılıb. Məşhur film jurnalı Empire filmə 5 üzərindən 5 ulduz verib.
Məşhur The Sun qəzeti də "Avatar”ı son 10 ilin ən cəlbedici filmi adlandırıb. Çəkilişi 14 il davam edən və 1,1 milyard dollar ilə dünyanın ən çox hasilat əldə edən filmi Titanikin də rejisoru olan James Cameronun son filmi olan "Avatar”da navi adlı bir irqin yaşadığı və yox olmaq üzrə olan pandora adlı planetə göndərilən bir ABŞ əsgərinin macəralarından bəhs edir.
|