Xalq artisti Aygün Kazımova “Eurovision”a gedəcək. Bu məlumatı müğənninin adının gizli qalmasını istəyən qohumu məlumat verib. Mənbənin xəbərinə görə, Kazımova hazırda tez-tez Bakı ilə Moskva arasında məsafə qət edir. Müğənni məşqlər edir, ciddi hazırlıq içindədir.
Aygünün “Eurovision”da tək yox, duet şəklində çıxış edəcəyi gözlənilir.
Qeyd edək ki, xəbəri dəqiqləşdirmək üçün telefon açdığımız Aygün Kazımova zənglərə cavab verməyib. Müğənninin köməkçisi Almaz xanım isə xalq artistinin tez-tez səfərdə olduğunu təsdiqləməklə kifayətlənib.