Понедельник, 29.04.2024, 03:12
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2010 » Октябрь » 9 » Azərbaycan millisindən növbəti biabırçı məğlubiyyət
10:36
Azərbaycan millisindən növbəti biabırçı məğlubiyyət


















ff























































































Vyana şəhərindəki "Ernst Happel” stadionunda baş tutan qarşılaşmada hesab elə 3-cü dəqiqədə açılıb. Sebastyan Prödl künc zərbəsindən sonra başla qapıdan keçirib. Bundan 3 dəqiqə sonra Elnur Allahverdiyev cari seçmə tsikldə millimizin ilk sarı vərəqəsinin müəllifi olub. İlk yarı elə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb.


Fasilədən sonra fəallığı daha da artıran avstriyalılar 53-cü dəqiqədə ikinci qolu vurublar. Bu dəfə təqribən 16 metrlik məsafədən dəqiq zərbə ilə Marko Arnautoviç fərqlənib. Oyunda son nöqtəni də Arnautoviç qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə türk əsilli Vəli Kavlakın ötürməsindən sonra təkbətək qaldığı qapıçı Kamran Ağayevi məyus edib.


Millimiz qarşılaşma boyunca ən real qol imkanını 73-cü dəqiqədə əldə edib. Rauf Əliyev rəqibin cərimə meydançasına daxil olduqdan sonra Prödllə mübarizədə yerə yıxılsa da, hakim matçı davam etdirib. O, penalti nöqtəsini yox, Əliyevə sarı vərəqə göstərib. Zəif oyuna baxmayaraq, baş məşqçi Berti Foqts qarşılaşma boyunca cəmi 2 əvəzləmədən yararlanıb. O, 59-cu dəqiqədə Elvin Məmmədovun əvəzinə Vüqar Nadirovu meydançaya buraxıb. 75-ci dəqiqədə isə Vaqif Cavadovun yerinə Rəşad Sadiqov oyuna daxil olub.


Görüşdən sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts Avstriya millisini layiqli qələbə münasibətilə təbrik edib: "Rəqibi təbrik edirəm. Avstriya yığması layiqli qələbə qazandı. Müdafiədəki səhvlərimizdən istifadə edib, qol vurdular. Bilirdik ki, meydan sahibləri standart vəziyyətlərdən fərqlənməyi bacarırlar. Hesabı erkən açdılar, ikinci qolu isə hücuma atılanda buraxdıq. Mən öz komandama inanıram. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Amma bunu bacarmadıq”.


Almaniyalı mütəxəssis penalti epizodu haqda danışmaq istəmədiyini də əlavə edib. O, Cavadovu ayağında yüngül ağrıları olduğu üçün əvəzlədiyini bildirib: "4 gün sonra Türkiyəyə qarşı oynayacağıq. Buna görə də onu əvəzlədim”.


Foqtsun rəqib həmkarı Ditmar Konstantini isə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib. Onun fikrincə, yığmamıza qarşı çox güclü oynamaq lazım idi: "Çünki onlar elə düşünürdülər ki, bizə qalib gələcəklər. Oyuna yaxşı başladıq. Bunun da nəticəsində erkən qol vurduq. Azərbaycan millisi qol vura bilsəydi, daha yaxşı oynayardı. Amma biz buna imkan vermədik”.


Qeyd edək ki, bu nəticədən sonra millimiz 6 komandanın yer aldığı A qrupunda sonuncu pilləyə yuvarlanıb. Bundan öncə yığmamız səfərdə Almaniyaya yenilib – 1:6. Avstriya isə 2 oyundan maksimum xalla 2-ci pilləyə yüksəlib. 3-cü oyununu da Türkiyə üzərində 3:0 hesablı qələbə ilə başa vuran Almaniya qrupda vahid liderə çevrilib. Belçika isə ilk qələbəsini Qazaxıstan üzərində qazanıb. Hazırda bu qrupda yalnız Qazaxıstan və Azərbaycan xalsızdırVyana şəhərindəki "Ernst Happel” stadionunda baş tutan qarşılaşmada hesab elə 3-cü dəqiqədə açılıb. Sebastyan Prödl künc zərbəsindən sonra başla qapıdan keçirib. Bundan 3 dəqiqə sonra Elnur Allahverdiyev cari seçmə tsikldə millimizin ilk sarı vərəqəsinin müəllifi olub. İlk yarı elə meydan sahiblərinin minimal üstünlüyü ilə yekunlaşıb.


Fasilədən sonra fəallığı daha da artıran avstriyalılar 53-cü dəqiqədə ikinci qolu vurublar. Bu dəfə təqribən 16 metrlik məsafədən dəqiq zərbə ilə Marko Arnautoviç fərqlənib. Oyunda son nöqtəni də Arnautoviç qoyub. O, əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə türk əsilli Vəli Kavlakın ötürməsindən sonra təkbətək qaldığı qapıçı Kamran Ağayevi məyus edib.


Millimiz qarşılaşma boyunca ən real qol imkanını 73-cü dəqiqədə əldə edib. Rauf Əliyev rəqibin cərimə meydançasına daxil olduqdan sonra Prödllə mübarizədə yerə yıxılsa da, hakim matçı davam etdirib. O, penalti nöqtəsini yox, Əliyevə sarı vərəqə göstərib. Zəif oyuna baxmayaraq, baş məşqçi Berti Foqts qarşılaşma boyunca cəmi 2 əvəzləmədən yararlanıb. O, 59-cu dəqiqədə Elvin Məmmədovun əvəzinə Vüqar Nadirovu meydançaya buraxıb. 75-ci dəqiqədə isə Vaqif Cavadovun yerinə Rəşad Sadiqov oyuna daxil olub.


Görüşdən sonra keçirilən mətbuat konfransında yığmamızın baş məşqçisi Berti Foqts Avstriya millisini layiqli qələbə münasibətilə təbrik edib: "Rəqibi təbrik edirəm. Avstriya yığması layiqli qələbə qazandı. Müdafiədəki səhvlərimizdən istifadə edib, qol vurdular. Bilirdik ki, meydan sahibləri standart vəziyyətlərdən fərqlənməyi bacarırlar. Hesabı erkən açdılar, ikinci qolu isə hücuma atılanda buraxdıq. Mən öz komandama inanıram. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Amma bunu bacarmadıq”.


Almaniyalı mütəxəssis penalti epizodu haqda danışmaq istəmədiyini də əlavə edib. O, Cavadovu ayağında yüngül ağrıları olduğu üçün əvəzlədiyini bildirib: "4 gün sonra Türkiyəyə qarşı oynayacağıq. Buna görə də onu əvəzlədim”.


Foqtsun rəqib həmkarı Ditmar Konstantini isə qələbə qazandıqları üçün çox sevindiyini söyləyib. Onun fikrincə, yığmamıza qarşı çox güclü oynamaq lazım idi: "Çünki onlar elə düşünürdülər ki, bizə qalib gələcəklər. Oyuna yaxşı başladıq. Bunun da nəticəsində erkən qol vurduq. Azərbaycan millisi qol vura bilsəydi, daha yaxşı oynayardı. Amma biz buna imkan vermədik”.


Qeyd edək ki, bu nəticədən sonra millimiz 6 komandanın yer aldığı A qrupunda sonuncu pilləyə yuvarlanıb. Bundan öncə yığmamız səfərdə Almaniyaya yenilib – 1:6. Avstriya isə 2 oyundan maksimum xalla 2-ci pilləyə yüksəlib. 3-cü oyununu da Türkiyə üzərində 3:0 hesablı qələbə ilə başa vuran Almaniya qrupda vahid liderə çevrilib. Belçika isə ilk qələbəsini Qazaxıstan üzərində qazanıb. Hazırda bu qrupda yalnız Qazaxıstan və Azərbaycan xalsızdır
Категория: İdman | Просмотров: 853 | Добавил: xirda | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Октябрь 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024