Quran ayətlərinin səyyidi, ən böyüyü, ən üstünü Ayətəl-kürsidir. Bəqərə surəsində bir ayət var ki, o, Quran ayətlərinin seyyididir. Bu ayət oxunanda şeytan ləin o evdən qaçar.Həzrət Mühəmməd(s.ə.s) merac gecəsində "lövhi məhfuz”-a baxarkən üç ayrı yerdə, üç nur gördüyünü bəyan edir. - Ya rəbbi, bu üç nur nədir? Cənabi haqq buyurur: - Onlar Ayətəl-Kürsi, Yasin və İxlas surələrinin yerləridir. Həzrət buyurdu: - Ya rəbbi, Ayətəl-Kürsünün savabı nədir? Allah-təala buyurur: - O, mənim sifətimdir. Onu bir dəfə oxuyan qiyamət günü mənə baxacaqdır, yəni, məni görəcəkdir.
Həzrət Əlidən(ə.s) rəvayətdir ki, Həzrət Mühəmməd(s.ə.s) buyurmuşdur ki, Allah-təala Kürsünü incidən yaratmışdır. Kürsünün böyüklüyünü Allahdan başqa heç kəs dərk edə bilməz. Bu böyük kürsünün yanında göylər və yerlər səhranın ortasında kiçik bir halqa kimidir. Hədisi şərifdə deyilir ki, günəşin nuru Kürsünün nurunun 70 cüzündən bir cüzdür. Kürsünün nuru Ərşin nurunun 70 cüzündən bir cüzdür. Ərşi çiyinlərində saxlayan mələklər ilə, Kürsünü çiyinlərində saxlayan mələklər arasında 140 pərdə vardır. Bu pərdələrin 70-i nurdan, 70-i zülmətdən-qaranlıqdandır. Hər pərdənin arası 500 illik məsafədir. Əgər bu pərdələr olmasaydı Kürsünü saxlayan mələklər Ərşin nurundan yanardı. 7 qat səma, 7 qat yer Ərşin yanında qeyb olub itir. Ərşi-əla Allah-təalanın sarayı kimidir. Allah-təala əmri ordan verir. Allahın əmri Kürsünün üzərinə endiyi vaxt, mərmərin üstünə düşən ağır qızıl zəncirin səs çıxardığı səs kimi səs gələr. Kürsünü saxlayan mələklər Allahın əmrinin əzəmətindən və bu səsin şiddətindən özlərindən gedərlər,ayıldıqları zaman Ərşdəki mələklərdən soruşarlar: "Rəbbiniz nə əmr buyurdu?”. Onlar cavab verərlər: "Haqqı və doğrunuəmr buyurdu”. Allah-təalanın əmri Ərş-Əladan Kürsüyə, Kürsüdən Sidrətül-Müntəhaya, oradan da səmanın 7-ci qatına gəlir. Beləliklə, Allah-təalanın əmri bütün səmalardan keçərək dünyaya gəlir. Əgər Allah-təalanın əmri 7 qat göylərdən keçməyib, vasitəsiz olaraq dünyaya və insanlara gəlsəydi İlahinin əmrinin əzəmətinin şiddətindən yer üzü məhv olardı.
Həzrət Peyğəmbər(s.ə.s) buyurub: Bir Ayətəl-kürsü oxumaq min ayə oxumağa bərabərdir. Ayətəl-kürsünün dili və canı var. Bir şəxs Ayətəl-kürsünü oxuduğu zaman, Ayətəl-kürsü Ərşi-Əlanın altında səcdəyə düşər, Allah-təaladan onu oxuyanın əfv olunmasını diləyər. Ayətəl-kürsüdə 7 qala qüvvəsi var. Hər kim ixlas qəlblə bir Ayətəl-Kürsü oxuyarsa, iç-içə 7 qala içinə girmiş kimi, mənəvi qüvvət qazanır və qorunur. Ayətəl-Kürsünü Həzrət Peyğəmbərə(s.ə.s) 70000 mələk nazil olub gətirmişdir. Ayətəl-kürsü namazdan əvvəl oxunarsa şeytan ləin onu çaşdıra bilməz, namazını səhman və qüsursuz qılar. Şeytan ləinin 70 cür tələsi var. Əgər bunlardan Allaha sığınıb, dualar oxunmazsa insanın imanını alır. Ayətəl-kürsünü oxuyanı Allah-təala xəta-bəla, bütün təhlükələrdən, şeytanın şərrindən hifz edib qoruyar.Namazdan sonra Ayətəl-kürsü oxuyan şəxs digər namaza qədər Allahın himayəsində olar. Hər kim evindən çıxanda Ayətəl-kürsünü oxuyarsa, Allah-təala o şəxs üçün 70000 mələyi ona əstəğfur üçün ayırır. Həzrət Əli(ə.s) rəvayət eləmişdir ki, Bədr döyüşü qurtarana kimi Həzrət Mühəmməd(s.ə.s) "Ya Həyyul Ya Qəyyum” kəlmələrini zikr edirdi. "Ya Həyyul Ya Qəyyum” Allah-təalanın ən böyük adlarındandır. Əgər Allahın bunlardan da böyük adları olsaydı Həzrət Peyğəmbər(s.ə.s) döyüş zamanı onları zikr edərdi. Həzrət Peyğəmbər(s.ə.s) buyurub ki, bir evdə Ayətəl-kürsü oxunanda şeytan ləin 30 gün o evdən uzaq olar. O ayənin bərəkətindən o evə daxil ola bilməz. Həzrət buyurub ki, ya Əli(ə.s), bu ayəni fərzəndlərinə təlim eylə, Həqq-təala göydən yerə elə bir ayə göndərməyib ki, Ayətəl-kürsündən böyük ola. Həzrət buyurub ki, Qurani-məciddə vaqe olan ayələrin ən böyüyü Ayətəl-kürsüdür. Hər kəs Ayətəl-kürsünü oxusa, Allah-təala mələk göndərər ki, o şəxsin pis əməllərini pozalar, yaxşı əməllər yazalar, taki Ayətəl-kürsü oxunub qurtarana kimi. Həzrət buyurub ki, hər kəs vacib namazdan sonra Ayətəl-kürsünü oxusa, elə ki, əcəli yetişdi vəfat etdi, o şəxs behiştə gedər. Hər kəs yatan vaxtda oxusa o şəxsin qonşularını və qonşularının 70 ətraf qonşularının özlərini və evlərini mühafizə edər. Həzrət buyurub ki, hər kəs namazda Ayətəl-kürsünü oxusa, Ayətəl-kürsü göyləri yırtar, gedər yuxarı göylərə Həqq-təala öz lütf və rəhməti ilə ona baxar və o şəxsin günahlarını bağışlayar.
Bir gün Həzrət Peyğəmbərin(s.ə.s) əshabələrinin arasında söhbət oldu ki, Qurani-şərifdə hansı ayə fəzilətlidir. Əli(ə.s) buyurdu ki, nə üçün demirsiniz Ayətəl- kürsü əfzəldir. O, buyurdu ki, Rəsulu-xuda mənə buyurub ki:
"Əlla hümmə səlli əla Mühəmmədin və ali Mühəmməd. Bismillahir-rəhmanir-rəhim. Əllahü la-iləhə illa hüvəl-Həyyül Qəyyum la-təxüzühü sinətün vəla nəvmün ləhü ma fissəmavati vəma fil-ərzi mənzəl ləzi yəşfəu indəhu illa bi-iznihi yəələmü ma bəynə əyidihim vəma xəlfəhüm vəla yühitunəbi-şəyin min ilmihi illa bima şaə vəsiə kürsiyyü-hüs səmavati vəl-ərzə vəla yəudühü hifzü hüma və hüvəl Əliyyül Əzim. Lə-ikrahə fiddini qədtə-bəyyə-nərrüşdü minəl ğəyyi fəmən yəkfur bitta ğuti və yömin billahi fəqədistəmsəkə bil-ürvətil vüsqa lənfisamə ləha vəllahü səmiün əlim. Əllahü vəliyyülləzinə amənu yuxricühüm minəzzülümati ilənnuri vəlləzinə kəfəru əvliya ühümütta-ğuti yuxricunə hüm minən nuri iləzzülümati ulaikə əshabün nari hüm fiha Xalidunə."
Tərcüməsi
"İbadət yalnız Allaha məxsusdur. Allah həmişə diridir, oyaqdır və əbədidir. Onu nə bir mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerlərdə nə varsa hamısı onundur. Kamal sifətləri ilə yaratdığı məxluqatın bütün işlərində hakimdir. Onun icazəsi olmasa heç kim şəfa edə bilməz. Bütün varlıqların(dünya və axirətə aid) gizli və aşkar hər şeyini bilir. Onlar(varlıqlar) Allahın elmindən yalnız Allah istədiyi qədər qavraya bilərlər. Onun kürsüsü, mülkü və səltənəti bütün göyləri və yerləri çevrələmişdir. Göyləri və yeri qorumaq, nəzarət etmək, Ona yorğunluq və ağırlıq etməz. Allah çox uca və əzəmətlidir. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah hər şeyi olduğu kimi eşidəndir, biləndir. Allah Ona iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar!"
Peyğəmbərimiz (s.a.v) belə buyurmuşdur ?Hər şeyin bir zirvəsi vardır, Qur?anın da zirvəsi Bəqəra surəsidir. Onun baştacı olan bir ayə vardır: ?Ayətəl-Kürsi? Ayətəl-Kürsi endirildiyi zaman şeytanlar təlaşla qaçıb iblisin yanına toplanmış, ona qarışıqlığı xəbər vermişlər. Namazlarımızdan sonra, yatmadan əvvəl, hər hansı bir çətinliyə düşdüyümüz zaman oxuduğumuz bu ayənin Fəziləti: *Ayətəl-Kürsini oxuyan şəxs yeddi qalanın içinə girmiş kimi mühafizə edilir. *Evdən çıxarkən oxuyan biri hər işində uğur qazanır. Evə gələndə oxusan işlərin xeyirli olur, ruzun artır. *Kim evindən çıxanda Ayətəl-Kürsünü oxusa, Allah Təala yetmiş mələyə əmr edər o insan evinə gələnə qədər onu bəlalardan qoruyar. *Yatmazdan əvvəl oxuyan adama qoruma verilir, sabaha qədər heç bir şeytan yaxınlaşa bilməz. *Çətinliyə düşən 40 gün oxusa, problemi tezliklə həll olur. *Yeməyə oxunsa yemək bərəkətlənir. *Müntəzəm oxunarsa yaddaşı qaydasına salır (Hz. Əli (k.v.) buyurmuşdur). *Cinlərdən qorxana 18 dəfə Ayətəl-Kürsü oxunarsa, BİİZNİLLAH şəfa tapar. *Ayətəl-Kürsüdə bəzisi açıq, bəzisi gizli olaraq 17 yerdə Allah-Təalanın adı çəkilir