Məşhur modelyerlərin 2010-cu il yaz sezonu üçün hazırladıqları nümunələri sərgilədikləri bu zamanda, biz də gözümüzə dəyən bəzi modelləri sizinlə paylaşmaq istəyirik. Bəli, ilk müşahidələrimizə görə, 2010-cu ilin yazında çox rəngli və əyləncəli bir sezon bizi gözləyir. Florasan rənglərin üstün olacağı bu sezonda ən çox trenddə olan rənglər limon və banan sarısıdır.