Qurani Kərim 23 il ərzində yazılıb, tamalanmış bir kitabdır. QURANDA 20 PEYĞƏMBƏRİMİZİN ADI ÇƏKİLİR.Peyğəmbər (s.a.s), peyğəmbərliyinin başlağıcından vəfat edincəyə qədərki vaxtda oxumaq, yazmaq bilən bir çox səhabəni Quranın yazımıyla vəzifələndirirək, ayələri qorumuşdur.Bu ayələri eyni zamanda bir çoxları əzbərləmişlər. Peyğəmbər (s.a.s)-ə vəhy katibliyini etmiş olan səhabələrin sayının 40 olduğu təxmin edilir.Bunlar arasında “Abdullah b.Sad, Übey b.Kab, Zeyd b.Sabit, Hz.Əli və Hz.Osman ”öndə gələn katiblərdir. Quran ayələrini yazmaqda bunlardan istifadə etmişlər; xurma budaqları, incə ağ daşlar, dəvə və qoyunların kürək və qabırğa sümükləri və ya işlənmiş dəri parçaları, taxta lövhələr. Quran bir nurdur. Bu nur kimilərin gözlərini açar, kimilərin gözlərini kor edər: “Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Quran) endirdik” (ən-Nisa”,174) Allahın kitabı daim (artıq 14 əsrdir ki) insanlara yol göstərir. Bu yol sayəsində İslam məzhəblərə, firqələrə ayrılsa da, bütün məzhəblərdə onun təməl prinsipləri yaşayır. Allahın kitabı sonsuz var-dövlətdir. Həzrəti Peyğəmbər (s) bu haqqda buyurmuşdur: “Quran elə bir sərvətdir ki, nə ondan artıq sərvət var, nə də ondan sonra yoxsulluq” (“Biharul-ənvar”, cild 92, bab 1). Qurani-Kərimdən Əl Bəqərə surəsi 1 - Elif, Lam, Mim. 2 - Bu, (Allah terefinden nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhe olmayan, mütteqilere(Allahdan qorxanlara, pis emellerden çekinenlere) doğru yol göstərən Kitabdır. 3 - O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. 4 - O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl gönderilənlərə (Tövrat, İncil, Zebur ve s.) iman gətirir ve axirətə də şəksiz inanırlar, 5 - Məhz onlar öz Rəbbi tərəfindən (gösterilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axiret ezabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır. 6 - (Ya Resulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər. 7 - Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir! 8 - İnsanlar içərisində elələri de vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha ve qiyamət gününə iman gətirdik“, -deyirlər. 9 - Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizletmekle) Allahı ve möminleri aldadırlar. Bilmirler ki, eslinde ancaq özlerini aldadırlar. 10 - Onlar ürəyində mərəz (nifaq ve hesed merezi) var. Allah onların (şekk, kin ve nifiq) mərəzini daha da artırar. Yalan dedikleri üçün onlar şiddetli bir əzaba düçar olacaqlar! 11 - Onlara: “Yer üzünde (küfr ve günah işlederek, möminleri aldadaraq) fesad töretmeyin!”-dedikde: “Bizim işimiz ancaq yaxşılıq etmekdir”, -deye cavab verirler. 12 - Bilin ki, onlar fesad töredendirler, lakin (bunu) derk etmirler. 13 - Onlara: ”Başqaları (mühacir ve ensar) iman getirdikleri kimi siz de iman getirin!” –deyildiyi zaman (öz aralarında): “Biz de sefehler (ağılsızlar) kimi iman getirek?” -deye cavab verirler. (Ey möminler!) Agah olun ki, sefeh onların özleridir, lakin (bunu) bilmirler. 14 - Onlar möminlerle qarşılaşdıqları zaman: “Biz de (sizin kimi) iman getirdik”,-deyirler. Halbuki öz şeytanları ile (onları aldadan dostları ile) tekbetek qalanda: “Biz de sizinleyik, biz ancaq (möminlere) istehza edirik”,-deyirler. 15 - (Bele əməllərin müqabilində) Allah da onlara (dünya va axiretde) istehza edər və (dünyada) onlara o qədər möhlet verer ki, öz zelaletleri icinde şaşqın (ve sergerdan) qalarlar. (Ve ya: Allah da onlara istehza eder ve onları öz zelaletleri, tüğyanları içinde saxlayar). 16 - Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. 17 - Onların (münafiqlerin) halı (qaranlıq gecede) od yandıran şexsin halına benzer. Od (yanıb) etrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirer ve özlərini zülmət içərisinde qoyar, (artıq heç ne) görməzlər. 18 - Onlar kar, lal ve kordurlar (haqqı eşitmez, danışmaz ve görmezler). Buna göre də (öz pis adətlerindən, yaramaz əməllərindən) dönməzlər. 19 - Yaxud (o münafiqler) qaranlıqlarda göy gurultusu ve şimşekle semadan şiddetle yağan yağışa düşmüş kimselere bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ile barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirleri (Öz elmi, qüdreti ile) ehtiva edəndir (Onun əlinden esla qaçıb qurtara bilməzlər). 20 - İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şüası ile) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yerdə) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir. 21 - Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərden çəkinəsiniz!)
|