Uzun bir müddətdir tam da yaşamaq istədiyin həyatını yaşamağa başlayacağını düşündün. Lakin bunun üçün qarşısında həmişə bir mane oldu; əvvəl edilməsi lazım olan bir şey, bitirilməsi lazım olan bir iş, çalışılması lazım olan bir müddət, ödənməsi lazım olan borclar. Bunların hamısı bitdikdən sonra həyatının başlayacağını düşündün. Lakin bu vaxt həyat öz sürətiylə axıb getdi. Hələ daha o maneələri aşmağa çalışdığın bu günlərdə bir də baxdın ki, maneələrlə yaşadığın keçmişin həyatın da özüymüş. Yoxsa onları da şirin bir nostalji duyğusuyla xatırlayır ya da izah edir ola bilməzdin. O halda indi həyatına bax. Maneələriylə, edilməsi lazım olan işlərlə, ödənməsi lazım olan borclarla illər sonra şirin bir nostalji olacaq bir həyat yaşayırsan. Həyatın da özüdür indi yaşadığın. Maneələrlər, borclar, bitməmiş işlər, təlaşlar, sıxılmışlıqlar... hamısı həyatın özü. Xoşbəxtliyi təxirə salıb dayanma. Xoşbəxtliyin çatılacaq bir yer deyil; getdiyin yol olduğunu unutma. Unutma ki, zaman kimsəni gözləməz. Nə məktəbin bitməsini, nə heç borcunun qalmamasını, nə bir ev sahibi olmağı, nə uşaqlarının böyüməsini, nə təqaüdə çıxmağı, nə baharın gəlməsini gözlə! Xoşbəxt olmaq üçün indiki zamandan daha uyğun bir zaman yox!
|