Главная » 2009»Май»21 » Bir vaxtlar sevdiyiniz insanla indi dost ola bilərsinizmi?
21:05
Bir vaxtlar sevdiyiniz insanla indi dost ola bilərsinizmi?
Əvvəl sevdiyiniz insanla dost olmaq mümkündürmü?
“Hər şey bitsə də, bəlkə dost kimi qala bilərik” fikri illərdən bəri ayrılan insanlara məxsusdur. Amma bunu bacaranların sayı çox azdır. Bir neçə dəqiqədən sonra əvvəlki sevgiliniz olacaq qız və ya oğlan dostunuz həyatınızdan gedərkən sözsüz ki. “dost ola bilərikmi?” sualını vermişdir. Bəlkə də vicdan əzabı ilə siz də ona “əlbəttə!” cavabını vermisiniz. Ona “bəli” cavabını verməyinizin səbəbi həmin insanın həyatında baş verəcək hadisələri öyrənmək marağındandır bəlkə də. Əslində, əvvəlki sevgilinin dostluq ehtimalı demək olar ki, qeyri-mümkündür. Çünki sizin ayrılma səbəbləriniz bundan sonra dostcasına yaradacağınız əlaqənin əsasında müəyyən çatlar yaradacaq ki, bu da dostluğun hələ ilk günlərindən bəzi problemlərlə qarşılaşmağınıza səbəb olacaq. Və birdə unutmaq lazım deyil ki. əgər bu insanla nə vaxtsa sevgili kimi münasibət qura bilməmisinizsə onda heç dost kimi olmağında heç bir şansı olmaz. Hər ikiniz normal şəxs kimi düşünməlisiniz ki və ya özünüzə sual verməlisiniz ki, bunu bacara biləcəyəm? və daha sonra hər hansısa bir qərara gələ bilərikmi deyə özünüzə sual verməlisiniz.
Çoz vaxt hər iki tərəf bunun uğurlu ola biləcəyinə inanır və düşünmədən atdım atırlar. Hal bu ki, siz düşünməlisiniz ki, əyər biz sevgili kimi bir-birimizi başa düşməmişiksə dost kimi necə başa düşəcəyik? Ən yaxşısı əgər ayrılmağa qərar vermisinizsə onda həqiqətəndə bir-birinizin həyatında bir iz qoymadan çıxıb gedəsiniz. Çünki nə qədər dost olmağa çalışsanız belə keçmişiniz sizi heç vaxt rahat qoymayacaq, və ya hər nə qədər dostluğu yaxşı bacarsanız yenədə son nöqtəyə gəlib çıxanda keçmişiniz sizi rahat qoymayacaq. Həmdə sizin dostluğunuz ona görədə baş tuta bilərki bir-birinizin şəxsi münasibətlərini öyrənib müqayisə etmək üçün də dosluq etmək qərarınada gələsiniz. Belə bir şeydə ola bilərki sevdiyiniz insan sizə dostluq təklifi edər amma əslində məqsədi sizdən acıq çıxmaq ola bilər. Ona görədə insanı tanımaq olmur və bir şeyi həmişə nəzərə almalısınız ki, bu əvvəlcədən alınmıyıbsa demək alınası iş deyil. Əgər bu münasibətə fərqli baxımdan yanaşsaq, o zaman əvvəlki əlaqənin xatirələrindən xilas olub tamamilə yeni bir əlaqəyə başlamağın ən yaxşı yolu həmin insanı keçmişdə qoymaqdır. Ümumiyyətlə çalışmaq lazımdır ki keçmişi elə keçmişdə qoyub gələcəyivə davam edəsiniz.