Moskvadakı “Olimpiyskiy” idman kompleksində keçirilən final konserti dünya şöhrətli, 4 min nəfərə yaxın aktyoru olan Kanada sirk ustalarının şousu ilə açılıb. Rusiyalı müğənni, “Eurovision-2008”-in qalibi Dima Bilan orijinal bir şou ilə göy üzündən endiyi səhnədə misilsiz ifa nümayiş etdirib. Gecənin aparıcıları rus müğənni Alsu və məşhur teleaparıcı İvan Urqan olub.
Bir daha xatırladaq ki, finalda Türkiyə, Portuqaliya, Malta, İsveç, Finlandiya, İsrail, Bosniya-Herseqovina, Rumıniya, İslandiya, Ermənistan, Azərbaycan, Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan yarışdı.
Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş, Bakı vaxtı ilə saat 00:51-də səhnəyə 11-ci çıxdılar.
Qardaş ölkə Türkiyəni təmsil edən Hadisə isə 18-ci çıxış etdi.
Sonuncu 25-ci iştirakçı - ispan Soraya Arnelas (“La noche es para mi”) saat 01:47-də səhnədə oldu.
İfalar bitdikdən sonra müsabiqənin aparıcıları Beynəlxalq Kosmik Stansiyaya bağlandılar. Kosmonavtlar səsverməni açıq elan etdilər.
Bizə verilən xallar aşağıdakı ölkələrdən gəldi:
- Çexiya Azərbaycana 10, Ermənistana 12
- İsveç Azərbaycana 8
- Fransa Azərbaycana 1, Ermənistana 6, Türkiyəyə 12
- İsrail Azərbaycana 6
- Rusiya Azərbaycana 7, Ermənistana 5
- Çernoqoriya Azərbaycana 6
- Bolqarıstan Azərbaycana 8, Türkiyəyə 10
- Litva Azərbaycana 5
- Böyük Britaniya və Makedoniya hər biri Türkiyəyə 12
- Yunanıstan Azərbaycana 8, Türkiyəyə 3
- Bosniya və Hersoqovina Azərbaycana 3, Türkiyəyə 7
- Ukrayna Azərbaycana 10
- Türkiyə Azərbaycana 12
- Albaniya Azərbaycana 4, Türkiyəyə 10
- Serbiya Azərbaycana 4
- Kipr Azərbaycana 8
- Polşa Azərbaycana 6
- Niderland Azərbaycana 10, Türkiyəyə 8
- Estoniya Azərbaycana 7
- Xorvatiya Azərbaycana 10
- Rumıniya Azərbaycana 4
- Danimarka Azərbaycana 8
- Moldova Azərbaycana 10
- Ermənistan Azərbaycana 1, Türkiyəyə 4
- Macarıstan Azərbaycana 10
- Norveç Türkiyəyə 7, Azərbaycana 10 xal verdi.
Azərbaycan Norveçə 8 xal, Ukraynaya 10 xal, Türkiyəyə 12 xal verdi.
Təşəkkürlər Aysel və Araş!!! TƏBRİKLƏR!!!
|
|
|
|
|