35 ildir yuyunmur Hindistanda yeddi qız uşaq atası bir adam oğlanı olsun deyə 35 ildir yuyunmayıb. Kailash ‘Kalau' Singh, oğulunun olması üçün duş qəbul etmir və dişini fırçalamır bunun yerinə hər axşam yandırdığı atəşin yanında tək ayaq üzərində dayanıb, əsrar içib, Şiva Tanrısına dua edir.
Kalauya görə, atəşi istifadə etmək də duş qəbul etmək üçün su istifadə etməyə bənzəyir: "Atəş duşu bədəndəki mikrobları öldürür."
Hindistanın müqəddəs şəhərlərindən Varanasinin xaricindəki bir kənddə yaşayan 63 yaşındakı Kalau, beş il əvvəl qardaşı öldüyündə belə Ganj çayında mərasim gərəyi yuyunmağı rədd edərək ailəsinin də reaksiyasını çəkmişdi.
Kalau, "bunun necə başladığını xatırlamıram. Yalnız təxminən 35 il əvvəl başladığını bilirəm" deyir.
Hal-hazırda, Varanasi aerodrom yaxınında torpaq şumlayaraq həyatını keçirdir.
|