Четверг, 21.11.2024, 21:25
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 5
Qonaq : 5
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Май » 7 » Sağlam və parıltılı saçların sirri
15:33
Sağlam və parıltılı saçların sirri
 
 

Xanımlar gözəl və cəlbedici görünmək istəyirsiniz?

Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınızın da gözəl görünməsinə çalışmalısınız. Təbii ki, buna saçlarınıza xüsusi qulluq etməklə nail ola bilərsiniz. Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız?

Sizə bu işdə köməklik göstərmək məqsədilə topladığımız materialları təqdim edir.

Quru və normal saçlar üçün maskalar

Çörək maskası:
- Qara çörəyin içini qaynar suda isladın və 2 saat orada qalsın. Alınmış horranı saçlarının dibinə sürtərək 1 saat gözləyin və sonra yuyun.

Bal maskası:
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloe şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdırın. Alınmış qarışığı saçlarınıza sürtün və 20 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun.

Yumurta maskası:
- 2 ədəd yumurtanı çalın, saçlarını isə ilıq (isti yox) su ilə isladın və qarışığı saçlarınıza ehmalca sürtün. 5-7 dəqiqədən sonra saçlarınızı şampunla yuyun.

Nəticə: Saçlar daha yumşaq və parlaq olacaq.

Araq maskası:
- Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni ölçüdə götürün və saçlarınızı yuyun.

Yağlı saçlar üçün maskalar

Yoqurt, kefir, qatıq maskası:

- Bu maskalar yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saçlara sürtün. Sonra isə şampunla yuyun.

soğan maskası:
- Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar, gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çəkin. Sonra başı polietilen papaq və dəsmalla örtün. Yarım saatdan sonra saçları yumaq olar.

Saçları qalın və hamar edən maska

Eyni ölçüdə aşağıdakı komponentləri qarışdırın:
- Bal
- Konyak
- Zeytun yağı

Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürtün, başı polietilen papaqla və dəsmalla bağlayın. 1 saat gözləyin. Daha sonra saçları şampunla yuyun. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxalayın. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.

Bütün saç növləri üçün maskalar

- Orta ölçülü qara turpu sürtgəcdən keçirin. Şirəni süzərək saçlara sürtün. Onları dəsmalla örtün və 30-40 dəqiqə gözləyin. Sonra saçlarını şampunla yuyun. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska

- Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə edin. Hamısını yaxşıca qarışdırın və lap az yuyulmuş saça sürtün.
Maskanı 3-5 saat saxlayın, sonra isə şampunla yuyun. Sonda, saçlarınızı limon şirəsi ilə yaxalayın.

- Daha bir yaxşı üsul - ayıpəncəsi və gənəgərçək yağı (eyni ölçüdə) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə edin. Buda zədələnmiş saçların bərpası üçün əla vasitədir.

Saçları parıltılı edən maska

Aşağıdakı komponentləri qarışdırın
- 1 ədəd yumurtanın ağı
- 1 xörək qaşığı çətənə yağı
- 1 xörək qaşığı badam və ya yoyoba yağı
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı alma sirkəsi

Bunları qarışdırın, tərkib duru alınarsa, onda yarım çay qaşığı nişasta əlavə edin. Maskanı saçlara sürtün və darayın. 15 dəqiqədən sonra maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat g
özləyin. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yuyun. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir.


Категория: Qadın dünyası | Просмотров: 1579 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Май 2009  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024