Insan hər bir tələffüz etdiyi kəlmə barəsində sorğu sual olunacaq. Allah təala buyurub: "Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18) Peyğəmbər (s.ə.v.) dedi: İnsan Allah rizasına bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir qədir qiyməti yoxdur. Lakin Allah-Təala bu kəliməyə görə onun dərəcəsini (dünya və axirətdə) artırar.Həmçinin insan Allahı qəzəbləndirərək bir kəlmə danışar və elə zənn edər ki, bu kəlmənin heç bir günahı yoxdur, lakin Allah bu kəlməyə görə ona qiyamətə qədər günah yazar. Birincisinə misal:şəhadət kəliməsidir (yəni əşhədü ən lə ilahə illəllah və aşhədü ənnə Muhammədun rəsul Allah demək) Peyрəmbər (s.a v.) dedi: 'Kimin axır kəlamı Lə ilaha illallah olarsa ,cənnətə daxil olar.' Başqa hədisdə də buyurur ki,"Qiyamət günü Allah -təala bir şəxsi hüzuruna çağıracaq və onun 99 dənə əməl dəftərini çıxarıb ona göstərəcək. Bu əməl dəftərləri tərəzinin bir gözünə qoyulacaq, günahla dolu olacaq. Sonra isə tərəzinin o biri gözünə balaca kağız parçasına yazılmış bir şey qoyulacaq və o da ağır gələcək. Açıb baxanda görəcək ki ,orada "La ilahə illallah " yazılıb. Bir kəlmə (tövbə edib Allahın təkliyinə şəhadət vermək) onun bütün günahlarını bağışladı. İkincisinə misal: Peyğəmbər (s.ə.v.) bizdən əvvəlkiləri bizə misal çəkib dedi: Bir nəfər günah edən yoldaşına nəsihət edərdi,o isə onun nəsihətinə məhəl qoymazdı. Axır bir gün bezib onun haqqında belə dedi: "Allaha and olsun ki, Allah filankəsi bagışlamayacaq". Allah onların ikisini də hüzuruna gətirdi və dedi: "Kimdir mənim əvəzimə deyən ki, mən filankəsi bağışlamayacağam. Artıq mən onu bağışadım və sənin əməlini puç etdim". Əbu-Hureyra(r.a.a.) dedi:"Bir kəlmə ilə dünyasını və axirətini puç etdi.Bizdən əvvəlkilərin başlarına gələn pis aqibət bizlərə nümunədir.Allah-Təala deyir:"Cəhənnəm odu onlarэn üzünü yandırar.Onlar orda (üst dodaqları başlarının tən ortasına,alt dodaqları isə göbəklərinə qədər uzanaraq)dişləri ağarmış vəziyyətdə durmuşlar (Onlara deyirlər:) "Məgər Mənim ayələrim sizlərə oxunmurdumu Siz isə onlarэ yalan hesab edirdiniz". Onlar deyərlər:Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yolundan azan camaat olduq.Ey Rəbbimiz !bizi cəhənnəm odundan çıxart.Əgər bir də (pis işlərə) qayıtsaq şübhəsiz ki,zalэm olarэq".(Allah) buyurar:"Orada zəlil,məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin"(Əl-muminun,104-108). Peyğəmbərin (s.a.v.)zamanında müsəlmanlardan bəziləri digərinə zarafat edərək deyərdi:"Bunlar (Hafizlər) bizim aramızda ən çox yeyən,ən çox qorxan və yalan danışanımızdır.Elə bu vaxt Allah öz ayələrini nazil etdi".( Ya Məhəmməd) onlardan (nə üçün belə etdiklərini) soruşsan:"Biz ancaq söhbət edib,zarafatlaşır,əylənirik"-deyə cavab verərlər.De ki:"Allaha onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsinizЬzr istəməyin.Siz iman gətirdikdən sonra artıq kafir oldunuz.Aranızda bir qismini (tövbə edəcəyinə görə)bağışlasaq da,digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik"(ət-Tцvbə,65-66). Deməli,dil ilə heç kəsə əziyyət vermək olmaz. Allah-Təala buyurur:"Allahı,Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətlibir əzab hazirlamışdır! "Mömin kişiləri və qadınları etmədikləri bir işə görə incidənlər,şübhəsiz ki,öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!" (əl-Əhzab,57-58 )