Четверг, 21.11.2024, 21:52
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 5
Qonaq : 5
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Май » 5 » İslamda İnsan Həyatına Verilən Önəm Nədir?
15:30
İslamda İnsan Həyatına Verilən Önəm Nədir?
 
 
 
Həmd olsun bizləri var edən və həyat bəxş edən Yaradana! Həyatımızı gözəlliklərlə bəzəyənə! Hər bir an, hər bir işdə bizlərə arxa olana! Həyatı bizlərə nəyinsə müqabilində deyil, Öz Lütfüylə bəxş edənə!..
Həyat mövzusu əslində bütün dünyanı, hər bir insanı düşündürən, narahat edən bir məsələdir: insan həyatı və bu həyata qəsd etmək, ümumiyyətlə İslam dininin həyat məfhumuna verdiyi dəyər…
İslam - həyat dinidir. Allah bizləri ölüm üçün deyil, məhz həyat üçün yaradıb! Həm də əbədi bir həyat üçün. Əlbəttə, həyatımız dünya ilə məhdud deyil. Bununla belə, dünya həyatı bizim əbədiyyatımızın taleyini, əbədi həyatın müqəddəratını həll edən, bu həyatın məcrasını, aqibətini müəyyən edən bir həyatdır. Dinimiz dünya həyatımızı da, axirət həyatımızı da gözəl görmək istəyir və öz buyruqlarıyla bu gözəl həyatı təmin edən qaydaları açıqlayır. Dinimiz dünyaya görə axirət həyatının, yaxud da əksinə, axirətə görə dünya həyatının puç edilməsini qətiyyətlə rədd edir.

Qurani-Kərimin bir ayəsində belə buyurulur:

«Ey Rəbbimiz! Dünya həyatımızda da, axirət həyatımızda da bizlərə gözəlliklər bəxş eylə!»
Dünya həyatında hər birimiz üçün Allahın bəxş etdiyi nemətlərin başında elə həyat dayanır. Hər bir insan öz həyatı haqqında düşünür, qayğılanır, öz əməllərini, hərəkətlərini, davranışlarını həyat sürmək, yaşamaq istiqamətində tənzimləyir. İslam insan həyatına olduqca böyük önəm və dəyər verir. Rəbbimiz buyurur ki, günahsız bir insanın həyatına qıymaq, onu qətlə yetirmək - bütün insanları öldürmək kimidir! Birinə həyat vermək isə - bütün insanlara həyat bəxş etmək kimidir! Həqiqətən də, heç bir ideoloji məktəb, heç bir cərəyan insan həyatını bü dərəcədə dəqiqliklə, incəliklə, zərifliklə səciyyələndirməyib.
Dünyada baş verən terror aktları, milyonlarla insan həyatına son qoyan soyqırımlar, müxtəlif məqsədlərlə həyata keçən insan qətlləri bəşəriyyətin sakit və xoşbəxt həyat sürməsinə mane olmaqdadır və bütün bunlar Allah qarşısında ən böyük günahlardan hesab edilir. Tarix boyu irqi, dini, milli və s. zəmində baş verən qanlı savaşlar, terror aktları saysız-hesabsız günahsız insanları məhv edib. Hansısa bir dini, yaxud etnik mənsubiyyətinə görə milyonlarla insan qeyri-insani işgəncələrə, təhqirlərə və qətllərə məruz qalıb.
Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində terror kəlməsi tez-tez eşidilir və əfsuslar olsun ki, bu çirkin sözü müqəddəs dinimizin adına bağlayanlar da tapılır. Kökündə «Sülh» mənasını daşıyan İslamın adı terrorla birgə çəkilir və zehnlərdə, təsəvvürlərdə «İslam terroru» adlı bir qorxu, bir vahimə formalaşdırılır. Lakin İslam dini - hər cür terrora, günahsız insanları Allahın bəxş etdiyi həyatdan məhrum etməyə qarşı çıxır!
Qurani-Kərimdə Uca Rəbbimiz müsəlmanlara insanlara sülh, əmin-amanlıq, xeyir və qardaşlıq sevgisi göstərmələrini əmr edir. Əlbəttə ki, İslam əxlaqı terror mənbəyi ola bilməz, çünki terrorizm probleminin həlli məhz İslam dinində öz ədalətli həllini tapır.

Sevimli peyğəmbərimiz həzrət Məhəmməd buyurur:

«Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey - qan olacaqdır!»
Allah İslam dinini bəşəriyyətə həqiqət, sülh və xoşbəxtlik yolunu göstərmək üçün nazil edib. İslam əxlaqının əsasları - mərhəmət, fədəkarlıq, insanlara qarşı xoş niyyətdə olmaq, bağışlama, ədalət və buk imi ülvi keyfiyyətlərdir.

Qurani-Kərimdə Allah müsəlmanlara hətta onlara pislik edən şəxslərə qarşı belə yaxşılıqla cavab verməyi buyurur:

«Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! (Yəni, qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzəya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!»
(Fussilət surəsi; 34-cü ayə) Qan tökmək, insanlar arasında müharibələr və münaqişələr yaratmaq Allah-Təalanın lənətləndirdiyi çox böyük bir günahdır. Günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır.

Maidə surəsinin 32-ci ayəsində oxuyuruq:

«…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»
İnsan həyatının yüksək dəyəri və başqa tərzdə düşünən insanlara qarşı hörmətlə yanaşma Quranda yad edilir və həzrət Məhəmməd peyğəmbərin zamanından İslam dininin mövcud olduğu tarix boyu yüksək hörmətlə qarşılanır.

Həzrət peyğəmbər var gücüylə günahsız, dinc insanların həyatlarını müdafiə edirdi. Sevimli peyğəmbərimiz buyurur:

«İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.»
Tarixin şahidi olduğu kimi, Peyğəmbərimiz heç vaxt müharibələrə başlamayıb və o, hər zaman yalnız öz ümmətini hücum və təcavüzlərdən qorumaq, müdafiə olunmaq məqsədilə savaşa girib. Həzrət Peyğəmbər müdafiə olunmaq üçün müharibələrə girdikdə belə, o, hər kəsə buyururdu ki, dinc əhaliyə və günahsız insanlara zərrə qədər də ziyan vurulmasın, onların evləri dağıdılmasın, müqəddəs yerlərə, xristian kilsələri və yahudi sinaqoqlarına ehtiramla yanaşılsın. Savaş zamanı hətta bitkilərə, bizi əhatə edən təbiətə belə ziyan vurulmasın.

Nəql edilən bir hədisdə peyğəmbərimiz belə buyurur:

«Əgər bütün dünya məhv olsa belə, Allahın yanında onun əhəmiyyəti - nahaq yerə tökülən qandan daha azdır.»
Buna görə də, bu cür qətllərə, terror aktlarına «islam terroru» adı vermək, yaxud onlara İslam donu geydirmək yolverilməzdir. Çünki günahsız insanı din yolunda öldürmək mümkün deyil! Allaha olan iman və sevgi yalnız mərhəmət, sülh və həyat tələb edir!
İslam dini insan həyatını beləcə yüksək dəyərləndirir və dini və ya milli mənsubiyyətindən asılı olmayaraq, insana qarşı cinayət həyata keçirməyə icazə vermir. Müharibə yalnız elə insanlara qarşı yönəlməlidir ki, onlar əllərinə silah alıb digərlərini öldürməyə, onların torpağına, namusuna, ləyaqətinə, dininə-imanına təcavüz etməyə cəhd edir, var-dövlətini əlindən almaq istəyir. Bir sözlə, dinimizə görə, yalnız müdafiə xarakterli savaşa yol verilir və təcavüz halı baş verdikdə müdafiə olunma Allah qarşısında müqəddəs vəzifə hesab edilir. Qurani-Kərim dinc insanların öldürülməsini isə Allaha və Onun peyğəmbərinə qarşı olan savaş kimi dəyərləndirir. Belə qətllərin qurbanları qadınlar və uşaqlar olduqda isə bu günah daha da ağırlaşır. İslam dini qadın və uşaqların müharibə zamanı belə öldürülməsinə yol vermir. Dinimiz hər bir halda ədalətə saralmağı, ədalətlə davranmağı əmr edir.

Rəbbimiz Maidə surəsinin 8-ci ayəsində belə buyurur:

«Ey iman gətirənlər! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Allah etdiklərinizdən xəbərdardır!»
Beləliklə, Qurani-Kərim insan həyatına qəsd etməyi qadağan edir. Təəsüflər olsun ki, günümüzdə bir çox valideynlər hələ dünyaya gəlməyən övladlarının «canilərinə» çevrilir. Ana bətnində olan kiçicik bir insan həyatına qəsd edilir.

Halbuki müqəddəs Kitabımızın Ənam surəsinin 151-ci ayəsində buyurulur:

«…Allah sizə bunları haram edir: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin.

Sizin də, onların da ruzinizi Biz veririk.»İsra surəsinin 31-ci ayəsində isə buyurulur:

«Yoxsulluqdan qorxub (cahiliyyət dövründə olduğu kimi) övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək həqiqətən böyük günahdır!»
İslam bütün digər dinlər və siyasi-ideoloji sistemlərdən daha çox insan qanını müqəddəs sayır və insan həyatını hər cür vasitələrlə müdafiə edir. Allah-Təala özünəqəsd edən insanı da Öz rəhmət və bağışlanmasından məhrum edir.

Rəbbimiz Nisa surəsinin 29-cu ayəsində buyurur:

«Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə olan alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır.»
Beləliklə, intihar da dinimizə görə qəti şəkildə qadağan edilir.

İmam Baqir (ə) bu məsələyə münasibət bildirərək buyurur:

«İmanlı şəxs hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz».
İslam insanın özünü öldürməsilə başqasını öldürməsi arasında fərq qoymur və insanları qətlə deyil, həyata sövq edir.
Dinimizin adını ləkələməyə çalışanlar isə din adıyla insanları qan tökməyə sövq edirlər. Belə bir həssas dövrdə hər birimiz ayıq-sayıq olmalı, məkrli insanların məkrli planlarının həyata keçməsinə yol verməməliyik! Quranın öyrətdiyi kimi, insanlara ölüm deyil, həyat bəxş etməyə çalışmalıyıq.


Категория: Din | Просмотров: 927 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Май 2009  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024