Главная » 2009»Май»3 » Sən heç sevdinmi sənin olmayan birini?
14:53
Sən heç sevdinmi sənin olmayan birini?
Sən heç sevdinmi sənin olmayan birini?
Sən heç duydunmu basqa bir ürəyi öz köksündə atarkən...
Sən heç sevdinmi sənin olmayan birini? Sən heç duydunmu basqa bir ürəyi öz köksündə atarkən... Üzüldünmü, yanaqlarindan süzüldümü heç bir başqasının gözyaşları... Yad hıçqiriqlar gəlib düyümləndimi köksündə... Düsündünmü gecələri... Sənin olmayan yuxular gördünmü... Sənin olmayan birini sevdinmi?
Göy üzünə baxdınmı, ulduzlar düşdümü, günəs dogdumu hər Gecənin sonunda ? Oyandınmı basqa birinin səhərinə? Heç sevdinmi sən, Duydunmu başqa bir ürəyi öz ürəyində... Gülümsəyişini hiss etdinmi Sənin dodaqlarındaymış kimi yaxın... İsti... Heç sevdinmi sənin olmayan birini?
Keçən sakit və yanlız keçən bir gecənin Ən dərinliklərində gördüm səni Ulduzlar sənin ətrafında toplanmışdı Mən isə uzaqdan izləyirdim biçarə Ulduzların yerində olmaq istərdim necə Sənə uzaqdan deyil də yaxından baxa bilmək Sənin üçün döyünən qəlbimi sənə duydura bilmək İmkansız şeyler varmı bu həyatda? Olmasa belə sən imkansızsan mənim üçün... Əllərimi uzatdığımda onları tutmayacaq qədər, Ağladığım zaman göz yaşlarımı silməyəcək qədər, Xöşbəxt olduğumda gülümsədiyimi görməyəcək qədər...
Günün hər saniyəsində səni düşünürəmsə, İmkansız bir şey üçün hələ ümüdumu itirməyirəmsə Bəlkə də imkansız olmadığını hiss etdiyimdəndir, deyirəm Mən bunları belə görə bilməyəcək qədər uzağam sənə Sənin yanında olan insanlardan belə uzaq Mən nə səninlə danışa bilirəm, Nə səsini duya bilirəm, Nə də sənə toxuna bilirəm... Sən sadəcə yuxularımda bir gün gerçək olmanı gözləyən Mənim olmanı, məni sevməni istiliyini hərarətini gözləyən Möhtəşəm bir röyasan...Hələki
Bəs sən necə??? Sənin olmayan bir şəhərdə, bir gecədə, bir bədəndə yaşadınmı heç? Sən həç dəlicəsinə sevdinmi sənin olmayan birini....?
P.SHərkəs öz dəyərli fikrini bildirməyi unutmasın..!!!