Главная » 2009»Май»1 » Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi!(SON) Şəkillərlə
16:31
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi!(SON) Şəkillərlə
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mərkəzi binasına silahlı basqın olub. ANSPRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, atışma nəticəsində hələ ki, yeddi nəfər həlak olub, 14-15 nəfərin isə xəsarət aldığı məlumdur. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər. ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, hazırda hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün hadisə yerinə snayperlər gətirilib. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb.Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir. Bakı şəhər təxirə salınmaz və tibbi yardım stansiyasından ANSPRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı xəstəxayana 8-ə yaxın yaralı daxil olub. Amma xəstəxanaya yaralı şəxslərin gətirilməsi prosesi davam edir. ANSPRESS-in əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerində polis və xüsusi təyinatlı dəstələr əməliyyat keçirirlər. Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. /ANSPRESS/
Məlumat yeniləndi: Son məlumata görə 10 nəfər həlak olub.14-15 nəfər yaralanıb.Silahli iki nəfər birinci mərtəbədən yuxarı qalxaraq qarışıq atəş açıblar.Onlardan biri özünü güllələyib.O biri slahlı adam həbs olunsa da adı açıqlanmayıb.Əməliyyat başa çatıb.
Hadısə nəticəsində ölənlərin adı açıqlandı:
Ölən və yaralılardan bəzilərinin adları məlum olub
Dövlət Neft Akademiyasında aparılan əməliyyat artıq başa çatıb. Hadisə yerində olan ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlı polis dəstələri artıq ərazidən uzaqlaşıb. İlkin məlumata görə, hadisəni törədən bir nəfər xarici vətəndaş özünü güllələyib. Ərazidə yanğınsönürən maşınlar qalıb. Respublika Klini Xəstəxanasından ANSPRESS-ə verilən məlumata görə, hadisə nəticəsində 10 nəfər həlak olub. 4 saylı Əfəndiyev adına Xəstəxanadan ANSPRESS-ə verilən məlumata görə, faktla bağlı xəstəxanaya 5 nəfər gətirilib. Onlardan 2-si ölüb. Hər iki şəxs Ayaz Bağırov və Savalan Cabbarov 4-cü kurs tələbələri olublar. 3 nəfər yaralı isə ağır vəziyyətdə reanimasiyadır. Onlardan biri suriyalı Naoya Dean, digərləri Zemfira Hüseynli və Rəhman Axundovdur. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə isə indiyə qədər 13 meyitin gətirildiyi bildirilir. *** Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının mərkəzi binasına silahlı basqın olub. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov isə hadisə yerində olan jurnalistlərə bildirib ki, artıq hadisəni törədən şəxs zərərsizləşdirilib. Həmin şəxsin kim olduğu isə açıqlanmayıb.Qeyd edək ki, hadisəni iki və yaxud üç şəxsin törətdiyi güman edilir. *** Hadisə yerinə baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov gəlib. Hazırda Neft akademiyasının binasının ətrafında olan hər kəs ərazidən uzaqlaşdırılıb.
Məlumat yeniləndi:
Lent.az
Neft Akademiyasına silahlı basqın edən terrorçulardan birinin adı müəyyənləşib.
Lent.az-ın məlumatına görə, basqından sonra özünü öldürən şəxs azərbaycanlı, Gürcüstanın Marneuli rayonunun Dəstəpə kəndində anadan olan Nadir Şirxan oğludur. Hazırda onun şəxsiyyətinin tam dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.
1 saylı Təcili tibbi yardım xəstəxanasına Neft Akademiyasından 6 ölü, 7 yaralı gətirilib.
Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə açıqlamasında xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib.
O, bildirib ki, ölənlər və yaralananların böyük əksəriyyətinə güllə başından dəyib. Ölülərdən 2-si qadındır. Yaralıların isə 1-i Sudan vətəndaşı, 1-i Neft Akademiyasının professoru, 2-si isə qızdır. Hazırda meyitlər xəstəxananın morqunda ekspertizadan keçirilir.
Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölənlərin və yaralıların adları məlumdur (SİYAHI)
Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır
Bu gün Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölən əfərin adı açıqlanıb. ANSPRESS-in məlumatına görə, bunlar aşağıdakılardır:
Yaralı Elvin Cəmiyev bir az əvvəl dünyasını dəyişib
Bu gün Dövlət Neft Akademiyasında baş vermiş silahlı basqın nəticəsində ölən əfərin adı açıqlanıb. ANSPRESS-in əldə etdiyi məlumata görə, bunlar aşağıdakılardır: 1. Taleh Məmmədov (21 yaş), 2. Ayna Qurbanvoa (46 yaş) 3. Yusif Bəndəliyev ( 20 yaş) 4. Tamella Əzizova (58 yaş) 5. Ramiz Abdullayev (prorektor) 6. Ayaz Bağırov (21 yaş) 7. Şəfa Məmmədova (31 yaş) 8. Emin Abdullayev 9.n Savalan Cabbarov 10. Zemfira Hüseynova (laborant) 11. Ceyhun Aslanov .12. Mustafa Məhəmməd (Sudan)
13. Seyid Əhməd Amuri
14. Müaviyə adlı Suriya vətəndaşı (Sudan)
15. Elvin Cəmiyev
Ölənlərdən beşinin adı məlum deyil Yaralılar: İlkin Şirəliyev, Elşən Mustafayev, Mustafa Əhməd, Faiq Rüstəmbəyov, Kənan İsayev, Rəhman Axundov, Bəxtiyar Cəfərovdur.
Baş prokurorluğun mətbuat xidmətindən iə ANSPRESS-ə bildirilib ki, ümumilikdə 13 ölü, 13 yaralı var. Ölənlərdən 3-ü xarici vətəndaşdır. Onlardan ikisi Sudan, biri isə Suriya vətəndaşıdır. Öldürən şəxs Gürcüstan vətəndaşı Marneuli sakini 29 yaşlı Fərda Əsəd oğlu Qəribovdur. Faktla bağlı Baş prokurorluqda CM-nin 120.2.2 , 120.2.4 , 120.2.7 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla iki və daha çox şəxsi öldürmə) 29, 120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd) və 228.1 (qanunsuz olaarqodlu silah saxlama) cinayət işi açılıb. Zəruri tədbirlər görülür.
Yeniləndi Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş hadisə barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, 2009-cu il aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən «Qaz Neft Mədən» və «Neft Mexanikası» fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə «Makarov» tipli tapançadan atəş açması nəticəsində 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları çıxıblar. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.
Cinayətin törədildiyi yer və meyitlər müayinə olunub, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik və digər ekspertizalar təyin edilib.
Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, «Makarov» tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
İlkin məlumatlara görə, cinayət nəticəsində Ayaz Cavanşir oğlu Bağırov, Yusif Telman oğlu Bəndəliyev, Tamella Zülfüqar qızı Əzizova, Taleh Tariyel oğlu Məmmədov, Ramiz Xəlil oğlu Abdullayev, Şəfa Afət qızı Məmmədova, Məcnun Abdulvahid oğlu Vahidov, Ayna Abbasqulu qızı Qurbanova, Savalan Allahverdi oğlu Cabbarov, Emin İmaməli oğlu Abdullayev və Ruslan Babaşov həlak olmuş, Mustafa Muxammed (Sudan vətəndaşı), Seyid Əhməd Amuri (Sudan vətəndaşı), Daas Muaviyyə (Suriya vətəndaşı), Rəhman Axundov, Zemfira Hüseynli, Səbinə Qurbanova, Elşən Məmmədov, Elvin Cəbiyev, Kənan İsayev, Faiq Rüstəmbəyov, İlkin Şirəliyev, Elşən Mustafayev və Bəxtiyar Cəfərov yaralanıblar.
Həlak olan digər 2 nəfərin şəxsiyyətinin müəyyən edilməsi üzrə müvafiq tədbirlər görülür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (adam öldürməyə cəhd) və 228.1 (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətin baş vermə səbəblərinin, onu törədənin əlaqələrinin müəyyən edilməsi və digər zəruri araşdırmaların aparılması məqsədilə peşəkar əməkdaşlardan ibarət istintaq-əməliyyat qrupu yaradılmış, intensiv tədbirlər həyata keçirilir.
Terrorçunun bibisi və əmisi danışdı
Azərbaycan Neft Akademiyasında terror hadisəsi tərədən Gürcüstan Respublikasının vətəndaşı Qədirov Fərda Əsəd oğlunu təxminən bir ay əvvəl dostu Bakıya çağırıb.
Bu barədə APA-nın Daştəpə kəndində olan Gürcüstan müxbirinə F. Qədirovun bibisi Rəna Qədirova bildirib. R. Qədirova deyib ki, qardaşı oğlu təxminən 1 ay bundan əvvəl kənddə olub. Onun sözlərinə görə, işsiz olan F. Qədirov işləmək üçün dostu tərəfindən Bakıya dəvət olunduğunu deyib. R. Qədirova onu da deyib ki, Fərda ilə atası arasında inciklik olub: “Atası onun Rusiyada yaşamasını istəsə də, Fərda kəndə qayıtmışdı”.
F. Qədirovun qonşuları Fərman Nəzərov və Elmira Qədirova isə onun kənddə olduğu müddətdə heç kimlə əlaqəsinin olmadığını, yaşadığı evdən kənara çıxmadığını açıqlayıblar.
F. Qədirovun hazırda Moskvada yaşayan əmisi Səməd Qədirov isə APA-ya açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. S. Qədirov qardaşı oğlunun Gürcüstanda yaşadığını və onlarla küsülü olduğunu söyləyib: “Yazıq, fağır adamlardır. Mən isə Moskvada ticarətlə məşğulam. Onlarla çoxdandır küsülüyəm”.
Qeyd edək ki, F. Qədirov 1980-ci ildə Marneuli rayonunun Daştəpə kəndində anadan olub. Qədirovlar ailəsi hazırda Daştəpə kəndində yaşamır. Kəndin tabe olduğu Qullar kəndinin icra nümayəndəsi Vidadi Həsənov APA-nın əməkdaşına bildirib ki, onlar təxminən 10 il əvvəl kəndi tərk ediblər. F. Qədirovun ailəsi hazırda Rusiya Federasiyasında yaşayır.
F. Qədirovun sonuncu dəfə təxminən 1 ay əvvəl Daştəpə kəndindəki evlərinə getdiyi bildirilib. İcra nümayəndəsinin sözlərinə görə, F. Qədirov subaydır. O, F. Qədirovun indiyə kimi məhkumluğunun olmadığını da bildirib. İcra nümayəndəsinin sözlərinə görə, terrorçunun atası uzun müddət kənddə dil-ədəbiyyat müəllimi işləyib.
Güllə yarası almış müəllimin oğlunun danışdıqları
Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) silahlı basqın zamanı yaralananlardan biri, dosent Faiq Rüstəmbəyovu basqınçılar ağzından güllələyib. Hazırda 70 yaşlı Faiq Rüstəmbəyov 1 saylı Təcili Tibbi Yardım Xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.
Dosentin oğlu Bəhram Rüstəmbəyov Lent.az-a açıqlamasında atasının ağzından vurulduğunu deyib. Onun sözlərinə görə, güllə Faiq Rüstəmbəyov üzündən keçərək ağzından çıxıb.
“Atam xəstəxanaya çatdırılarkən vəziyyəti ağır idi. Amma yarıhuşsuz olsa da, gözləri açıq idi. Onun ağzındakı güllə xəstəxanaya gətirilərkən öz-özünə düşdü. Bunu mən özüm də gördüm, kiçik güllə idi” - deyə, yaralanmış dosentin oğlu bildirib.
Bəhram Rüstəmbəyov hadisənin necə baş verdiyindən xəbərsiz olduğunu deyib. Onun sözlərinə görə, ADNA-ya silahlı basqın barədə xəbəri eşidən kimi dərhal atasına zəng edib. Ancaq əvvəlcə telefona cavab verən olmayıb, bir qədər sonra isə rabitə əlaqəsi ümumiyyətlə baş tutmayıb: “Telefona zəng çatmadığını görəndə bildim ki, nəsə var. Təcili atamın iş yerinə getdim. Yolda müəllim yoldaşlarından biri zəng edib dedi ki, Faiq müəllim yaralanıb, gətirirlər Təcili Tibbi Yardım Xəstəxanasına. Bura çatandan az sonra atamı gətirdilər. İndi reanimasiyadadır, həkimlərin dediyinə görə, vəziyyəti sabitdir”. Terrorçunun atası danışdı Əsəd Qədirov: “Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndəsi ifadə almaq üçün Moskvada məni gözləyir” Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına terror hücumu edən Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib.
Ə. Qəribov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onu gözlədiyini deyib.
Ata bildirib ki, 1980-ci il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib: “ Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, işçi qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi”.
Qeyd edək ki, 60 yaşlı Ə. Qədirov artıq 15 ildir, Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir-red) bazarda satıcı işləyir. Fərdadan başqa onun iki oğlu və bir qızı var.
Ə. Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podovskidə yaşayıb: “Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim”.
Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib: “Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...”