Dünyanı sarsıdan şəkillər
Xocalı vəhşiliyi
Fotoqraf Nik Yut bu fotonu vyetnamlı balaca qızcığaz yandırıcı bombadan qaçarkən çəkmişdi.Məhz bu şəklə görə bütün dünyanın diqqətini Vyetnam müharibəsinin dəhşətlərinə yönəltmişdi..
Lina Medina (27 sentyabr 1933-cü ildə Peruda anadan olub) 5 yaş 7 ay 21 günündə doğuş edib.Hal-hazırda o dünya təbabət tarixinə ən gənc ana kimi düşüb. Düzdür,belə bir hadisə Rusiyada da qeydə alınmışdı.
"Heç kimin görmədiyi ən yaxşı foto"-fotoqraf Riçard Drew 11 sentyabrda Dünya ticarət mərkəzində baş verən partlayış zamanı çəkdiyi şəkillərdən birini belə adlandırıb.Fotoda bir nəfərin öz ölümünə qarşı tullanışı lentə alınıb .
Nyu Yorkdan olan 30 yaşlı fotoqraf Malkolm Brauna zəng edib səhərisi gün Sayqonda müəyyən bir yerdə nə isə vacib hadisə olacağını barədə məlumat verirlər.Fotoqraf Nyu York Timesin əməkdaşı ilə səhər həmin yerdə olur.Bir azdan yaxınlaşan maşından bir neçə monax düşdü.Onlardan biri-Thich Quanq Duc əlində kibrit dayandı,o birilər üstünə qazolin-yanacaq tökdülər.Sonra Thich Quanq Duc kibriti alışdiraraq özünü yandırdı və canlı məşələ çevrildi.Kənardan baxanların dəhşətli ağlaşmalarının əksinə olaraq o nə bir səs çıxardı,nə də hərəkət etdi.Thich Quanq Duc hökumətə məktubla müraciət edərək buddistlərə qarşı repressiyalara son qoyulmasını,monaxlara azad ibadət etmək və öz dinlərini yaymaq imkanı verilməsini xahiş etmişamma cavab almamışdı.
Bu şəklə diqqətlə baxın.Bu nə vaxtsa çəkilmiş ən diqqətəlayiq fotolardan biridir.Ananın bətnindən uzanan balaca uşaq əli cərrahın barmaqlarını sıxır.Körpə 21 həftəlikdir,bu müddətdə qanun aborta icazə verir.Balaca əl keçən ilin 28 dekabrında doğulmalı olan körpəyə aiddir.Foto Amerikada cərrahiyə əməliyyatı zamanı çəkilib.
Bu foro fransız reportyoru tərəfindən çəkilib.Atasının qucağında ölən oğlan İsrail əsgərləri tərəfindən güllələnib.
"Sudanda aclıq" 1933-cü ilin yazında çəkilib.Acından ölən körpə qızcığaz.
İordaniyanın qərb sahili.1 fevral 2006-cı il.Qəsəbə İsrail əsgərlərinə müqavimət göstərir.
12 yaşlı əfqan qız-fotoqraf Stiven Makkyurinin əfqan-pakistan sərhəddindəki düşərgədən çəkdiyi məşhur şəkil.
Stanley Forman.Boston Herald,ABŞ 22 iyun 1975-ci il.Qız və qadın yanğından xilas olmaq üçün özlərini binadan atır.
Naqasakidə atom partlayışı.Çəkilişin müəllifi məlum deyil.
"Naməlum üsyançı" .Bu məşhur fotoda etiraz nümayişində təkbaşına yarım saat tank kolonnasına qarşı müqavimət göstərən üsyançı təsvir olunub.
Polşa 1948.Hərbi düşərgədə böyüyən Tereza lövhədə ev şəkli çəkir.
11 sentyabr 2001-ci il . ABŞ-da baş verən terror aktı zamanı.Rəsmi məlumatlara görə bu hadisəyə Əl-Qaidə məsuliyyət daşıyır.
Niaqara şəlaləsi donarkən.1911-ci il
Böyük Britaniyaş Mike Wells aprel 1980-cı il.Uqanda-ac oğlan və missioner.
Ağ və rəngli ,Elliot Ervittadan fotolar.
1969-cu ildə mükafat alan bu şəkil amerikalıların Vyetnam müharibəsinə olan baxışını dəyişdirdi.Fotoda hərbi əsirin başına güllə vuran zabit lentə alınıb.
Linç məhkəməsi.Bu kadr 1930-cu ildə çəkilib.10 minlərlə ağdərili adamların kütləsi iki nəfər qaradərili kişini asır.Səbəb qaradərililərin qadını zorlaması və onun yanındakı gənc oglanı öldürməsidir.Kütlə bu iki nəfəri həbsdən azad edərək Linç məhkəməsinin mühakiməsinə verib.Qəribə kontrast yaranıb-iki meyidin fonunda kütlənin fərəhli,sevincli sifətləri.
2004-cü ilin aprelin sonunda Abu-Qreyb həbsxanasında əsirlərə qarşı verilən işgəncələrdən bəhs edən verilişdə nümayiş etdirilən bu şəkillər çox böyük qalmaqal yaratmışdı.Bu amerikaliların İraqda olmasına görə baş verən ən böyül qalmaqal idi.
Naməlum uşağın basdırılması.
Foto 29 sentyabr 1932-ci ildə Rokfeller mərkəzinin tikintisinin son aylarında çəkilib.Bura 69-cu mərtəbədir.
Buz yağışı...Belə baxanda burda nə var ki,yağışdır da.Amma bəzən təbiət xoşagəlməz sürprizlər də edir.
Hərbi əsirlər üçün düşərgədə ata oğlunun ağır həyatını yüngülləşdirmək istəyir.
Jean Marc Bouji/AP,Fransa.31 mart 2003-cü il.İraq An Najaf
Dolli-klonlaşdırılmış ilk qoyun
Amerikalı qar adamının şəkli onun varlığını təsdiqləyən yeganə rəsmi sənəddir.1967 ci ildə çəkilib
Federiko Qarsia ölümqabağı çəkilişdə
Alberto korda tərəfindən 1960-cı ildə mitinqlər zamanı çəkilib.Çe Gevaranın bu şəkli fotoqrafiya tarixində ən çox tirajla yayılan şəkil nominasiyasına iddialıdır.
Yevgeni Xaldey-1945-ci il.Reystaq üzərinə qələbə bayrağının sancılması
Nasist funksionerinin və ailəsinin faciəli ölümü.
Amerikanın 35 ci prezidenti Con Kennedinin ölümü.22 noyabr 1963 cü ildə Dallasda yerli vaxtal 12.30.Kennedi silahdan atılmış güllə ilə ölümcül yaralanıb.
30 dekabr iraq.Eks prezident Səddam Hüsynin edamı.Ali tribunal İraq liderini asılmaqla edama məhkum etdi.Hökm Bağdadda səhər saat 6-da həyata keçirildi.
24 fevral 1966 cı il.Amerikalı əsgərlər vyetnamlı əsgəri sürüyərək aparırlar.
May 1995.Çeçenistan.Müharıbənin mərkəzindən canını qurtarmaq istəyən qaçqınları aparan avtobus Qroznıya qayıdır.