Əvvəllər disketlər var idi. Çox vaxt tez pozularlar və içlərindəki məlumatlar itdiyi üçün bizi də qəhr edərdilər.Sonra CD'lər çıxdı. Həyatımızın çox sahəsində istifadə edilməyə başlandılar.Artıq filmlər, albomlar kompüterlə əlaqədar CD'lərə yazılır və istifadə ömürləri uzun olduğu üçün,daha çox işimizə yarayırlar.Bir CD ye necə məlumat qeyd edildiyini heç düşündünüzmü?
Əvvəlcə CD'lərin necə işlədiyini öyrənək .Bir CD birdən çox təbəqədən meydana gələr. Bunlar sırasıyla : etiket səthi, qoruyucu təbəqə, əks etdirici təbəqə, pit, land sahələri və polikarbonat alt təbəqədir.Bütün CD'lərdə içdən başlayıb xaricə doğru gedən spiral bir yol olur.CD oxuyucudan göndərilən lazer şüası bu yolu bələdçi edərək CD səthindəki məlumatları oxuyur.Bu yol təxminən 5-6 km. uzunluqdadır.
Hazır disklərdə məlumat polikarbonat təbəqəsinə çuxurlar halında (pit) işlənmişdir, çuxurların xaricində qalan və onlara görə yüksək olan hissələrə isə yüksəlti (lands) deyilir.Məlumatların işləndiyi çuxurların dərinliyi 0.1 mikrometreden bir az daha çoxdur. Genişlikləri isə 0.5 mikrometr qədərdir.Lazer bu çuxur və yüksəltilərdən fərqli əks etdirildiyindən,nəticədə oxunan məlumat da 1 və 0'lar şəklində olur.Bu şəkildə məlumat dəstəsi əldə edilir və CD oxuyucunun elektronik dövrələrinə təslim edilir.
CD-R'larda əks etdirici təbəqə ilə polikarbonat təbəqə arasında rəngli bir lay daha olur.Bu rəngli lay işığa həssas orqanik bir maddə ehtiva edir.Qeyd üçün göndərilən lazer şüası bu təbəqədə dəyişikliklərə yol açaraq çuxur və yüksəltiləri meydana gətirir. CD-R'un iç tərəfindən başlayaraq xaricə doğru məlumatlar yazılır