Mən səni sevirəm dünyalar qədər,
Dünya azlıq edər kainat qədər,
Sən məni istəsən bir zərrə qədər,
Sevinib uçaram ulduzlara qədər...
Bu gün də təkəm yoxsan yanımda,
Sənə olan sevgim axır qanımda,
Sanki bir gülsən mənim bağımda.
Haradasan gülüm? Sənsiz qalmışam.
Sənin gəlişinlə ağlayan zaman.
Yaralı-yaralı bir ah çəkərsən.
Məzarda tək tənha qalıram deyə.
Qəbrimin üstünə bir gül əkərsən.
Töküb göz yaşını məzarım üstə
Mənə eşqimizdən salam deyərsən.
Mənim əvəzimə daş məzarımı,
Sıxarsan sinənə əzizləyərsən.
Sevgilim ölürəm son sözüm budur.
Nakam məhəbbətinə yas saxlayarsan.
Ağlaya-ağlaya gündə üç dəfə
Gəlib məzarımı qucaqlayarsan.
Məni sevdiyin tək onu sevərsən.
Qoymazsan o gülü soldursun həsrət.
Özünə dost bilib, et ona hörmət.
Adını qoyarsan Nakam Məhəbbət.
Səni unuda bilmədim, bəlkə də unutmaq istəmədim.
Ən əsası – mən səni unutmaq üçün sevmədim.
Külək üzr istəsə də nə fayda? Budaq qırıldı bir kərə.
Yetkinlik yaşına çatdığın zaman,
Edər insanları divanə Sevgi.
Şamın ətrafına fırlanıb yanan,
Məhəbbət dəlisi pərvanə Sevgi.
Ağlamaq istəsən ağlama, çünki sənin gülüşün üçün yaşayan biri var.
Sevməmişdim heç kimi səni sevdiyim qədər.
Çəkmədim heç kimdən səndən çəkdiyim qədər.
Ürəyim bir zindandır, sən isə ömürlük həbs cəzası almış bir məhkumsan.
Yanımda olsaydın kirpiyindən bir tük qopardıb ürəyimin qanı ilə
gözlərimin ağına Səni Sevirəm yazsaydım,
o zaman sevgimə inanarmıydın?
Sən getdikdən sonra mənim üçün burda həyat durdu.
Hər şey səninlə gözəl, səni çox özləyirəm,
lütfən geri gəl, sevgilim!