Пятница, 19.04.2024, 23:26
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2011 » Январь » 9 » M A Q A Z İ N Xumar Qədimova: “Həyatımda kasıb kişi də olub, boşluqdan yaranan sevgi də...”
20:18
M A Q A Z İ N Xumar Qədimova: “Həyatımda kasıb kişi də olub, boşluqdan yaranan sevgi də...”
"Sevgilimi başqası ilə görməkdənsə ölüm yatağında görmək istəyərəm”


Əvvəlki söhbətlərimizin birində doğulduğunuz Buğa bürcünün fərqli və xarakterik xüsusiyyətlərindən danışmışdıq. Səhnənin fərqli müğənnilərindən hesab olunursunuz. Gecələri yatmırsınız, heç kimlə dostluq etmirsiniz. Niyə səhnədə də bu şəkildə yaşamağa üstünlük verirsiniz?

- Xarakterim buna icazə verir.

- Bəlkə bunu səhnə imici kimi görürsünüz? Sadəcə seçilmək istəyirsiniz?!

- Yox, mən əvvəldən belə olmuşam. Bir məclis olanda içəri girirdim, hamı məndən danışırdı. Yaxşı, deyək indi populyaram, axı əvvəllər hamı məndən danışırdı. Xüsusi təqdim olunurdum. Yaxşı və pis mənada qıcıqlandıran formada həmişə fərqli olmuşam. Bəlkə bu adət məni formalaşdırır.

İnanırsan ki, uşaq vaxtı mən tək oynamışam. Biri var, yanımda uşaq olsun, mən isə uşağı yanımda təsəvvür edirdim.


- Nə vaxt geri çəkilirsiniz?

- Elə olur ki, sevənlərin olduğunu görüb geri çəkilirəm, elə də olur ki, sevməyənlərin olduğunu görüb geri çəkilirəm. Tək olmağı sevirəm.

- Maraqlıdır, sənət adamlarının əksəriyyəti söhbət zamanı şou-biznesdə inanılası, düzgün insanların olmadığını vurğulayır. Hamının sözündən belə çıxır ki, özləri yaxşıdır, ətraf çirkab doludur...

- Bunu sənə hamı deyə bilər. Ancaq özün bu sahədə çalışırsan və kimin yaxşı və ya pis olduğunu bilirsən. Bəlkə o şəxsləri özün analiz edəsən?


- Yəqin ki, bir-birinizlə rəqabətdə olduğunuz üçün başqalarının müsbət keyfiyyətlərini görmək iqtidarında deyilsiniz... Belə deyək, şəxsi ambisiyalar buna imkan vermir.

- Əksinə! Bəzən mən kiməsə qiymət verirəm, sonradan məlum olur ki, bu elə insan deyil! Nə yazıq ki, belə deyil.

- Buğalar yaxşı analitik olur axı, necə olur ki, bu qədər yanılırsınız?

- Yaxşını görmək istəyirəm. Dəyər verirəm, sonra görürəm ki, belə olmur. İnanırsan səmimiyyətimə?

- O adamları olduğu kimi görmürsünüz? Yoxsa onların sizi görmək istədikləri kimi olmursunuz?

- Onlar istədiyi kimi ola bilmirəm, bu yüz faiz belədir! Onlar da mən istədiyim kimi deyilər! Ola bilər mən onları elə görmürəm.

- Həmişə münasibətdə lider olmağa çalışırsınız. Bəlkə başqalarına sıxıntı verirsiniz?

- Liderliyi ancaq ərkim çatan adama edərəm. Adi münasibətdə olduğum adama liderlik etmərəm, heç vaxt. Ola bilər, kimsə təsirimə düşür, lakin mən buna çalışmıram. Bəzən səfərə çıxanda fikirləşirəm ki, bu adamla yola çıxsam necə olacaq? Mənə deyirlər narahat olma, sən elə edəcəksən ki, o adam sənin təsirin altına düşəcək. İnan, mən buna çalışmıram! Bilirsən niyə təsirim altına düşür? Cavabı səndən almaq istəyirəm.

- Mən sizi hələ tanımağa çalışıram.

- Dürüstlük! Onun başqa yolu yoxdur ki, tanımasın. Mənimlə bərabər yol gedirsə, süni olmamalıdır. Onu da bəlkə təsir altına düşmüş kimi qəbul edirsiniz.

- Niyə dürüst münasibətləriniz gözlənildiyi kimi uzunömürlü, qalıcı olmur?

- Əgər qarşıdakına bu sərf eləmirsə, əlbəttə, bu münasibət alınmayacaq. Əlbəttə, səmimi olmayacaq. O insanın xarakterində o yoxdursa, başqalaşmağı, dəyişməyi sevirsə, necə mənimlə qala bilər?

- Tutalım ki, sizi tanıdım, səmimiyyətinizə inandım...

- ...mənim səndən ayrılmağımın günahı səndə olacaq. Sənə sərf etmir belə olmaq, məndən bezəcəksən!

- Həyatınızın uzunömürlüsü var?

- (Bacısını göstərir): Bacım. O əbədidir. Fikirləşirəm ki, o olmasa mən də olmaram. Bilirsən niyə? Məni hiss edir, tanıyır, incitmir. Məğlubam, onun qarşısında əskilirəm. Sən bildiyin ram edən Xumar var ha, onun qarşısında ram olur.

- Həyatda elə biri əks cinsin nümayəndəsi var ki, onun da qarşısında əskiləsiniz?

- O da var, niyə yoxdur... Əgər onu bacarmıramsa, nə insanam?! Elə əskilərəm... O Xumar var ha, ondan əsər-əlamət olmaz! Bir şərtlə... o əgər həqiqətən dəyərsə. Sevirsə, dürüstdürsə, sevirəmsə, niyə özümü çəkməliyəm, niyə özümü dağa qaldırmalıyam? Təbii olanda münasibət daha maraqlı olur.

- Bəlkə siz səhnədə olduğunuz üçün belə cəzbedici, maraqlı gəlirsiniz? Bəlkə populyar olmasaydınız başqa cür olardı...

- Yox, bayaq mən söhbətin əvvəlində dedim axı, müğənni olmamışdan öncə də elə sevirdilər. Maraq dairəsində idim. Deyirdim, niyə maraq dairəsindəyəm? Qonşuluqda bir qadın yaşayırdı, anama deyirdi bax, bu qızın başqa olacaq, istedadlı olacaq. Biz ailədə 4 bacı olmuşuq. Anam deyirdi sən dayanırdın, elə dayanırdın ki, kənardan baxanın bəlkə yazığı gələr. Sənin bu halın qadının xoşuna gəlirdi.


- Sizin kompleksləriniz var?

- Var, əlbəttə. Olub və olacaq. Mütləq insanda olmalıdır, komplekssiz adama anormal baxıram.


- Bəzən hansısa bir məclisdə sizi müşahidə edirəm, çox narahat görünürsünüz, elə bil büzüşüb dayanırsınız.

- Mən təbiətən narahat adamam. Özü də necə pis narahat! Xoşbəxt adam sayıram rahat adamları... Mənim aləmimdə xoşbəxt adamlar onlardır. Çılğınam çox!

- Özünüzə dözülməz adam deyə bilərsiniz?

- Qarşımdakı və özüm üçün hə!

- Qarşı tərəf sizdən nə vaxt narahat olur?

- Dürüst olmayanda. Mən dəqiqliyi sevirəm, harasa gedəndə, nəyisə planlaşdıranda tutalım deyirəm ki, 10 dəqiqə qalmış nəyisə yadıma sal. O vaxt nəyisə yadıma salmayanda, narahat oluram, hirslənirəm.

- Belə narahat təbiətinizə görə kimisə bezdirib itirmisiniz?

- Əsəblərimi itirirəm.

- Qarşı tərəfi nəzərdə tuturam.

- Hə, olur. Bəlkə də onun üçün adi bir şeydir. Amma mən deyirəm nə danışırsan, sən belə etməməli idin.

- Özünüzü dəyişdirməyə çalışmırsınız?

- Söz verirəm ki, bir də belə etməyəcəyəm. Amma yenə təkrarlanır. Bu yaxınlarda səhvimə görə kimdənsə incimişəm. İndi ona ağrıyıram. Lakin bilirəm ki, bir də belə olsa, yenə edəcəyəm. Ağrıyıram, yenə də edirəm. Şou-biznesdə elələri var ki, çətinlik çəkmirlər. Amma mən o qədər güclü deyiləm. Zərifəm, zəifəm... Bax tutaq ki, səni sevirəm, sən səhv etdiyinə görə səni incidə bilərəm, lakin həmin vaxt sənin üçün ölürəm... Səni bilirsən necə incidirəm? O vaxt cəza verməyəcəyəm. Bəlkə özüm daha çox inciyəcəyəm. Amma o vaxt sən mənim düz olduğumu görməyəcəksən.

- Danışırsınız, sonadək səmimi olmursunuz. Mühafizəyə çəkilmişsiniz elə bil... Şəxsi həyatınızda durğunluq, ayrılıq var?

- Hə... Lakin bu barədə danışmaq istəmirəm. O dərəcədə səmimi olmaq olmaz axı! Özümü qısqanıram. Mənim dünyamı niyə bilmədilər axı? Dünya niyə mənim aləmimi oxumalıdır?

- Qadın sirli olmalıdır, tək daxili aləmi deyil, xarici görünüşü də qapalı olmalı, özünü qısqanmalıdır...

- Mən sevdiyim adam istəyirəm məni görsün. Sevmədiyim adam məni istəyəndə, görəndə əsəbiləşirəm. Sevdiyimlə münasibətim pis olanda başqası mənə eşq elan edirsə, qəbul edə bilmirəm.

- Gözəl göründüyünüz an biri ayağınıza qızıl səpəcək dərəcədə qiymətləndirsə, qəbul edərsiniz?

- Səmimiyyətimə inanacaqsansa, cavab verim. Nə olur-olsun! O adamı ürəyim istəmirsə, qətiyyən! Təbii ki qadınam, zinəti, təmtərağı, brilyantları sevirəm. Amma o cür, yox... Heç qəbul edə bilmirəm.

- Həyatınızda kasıb kişi olub?

- Çox kişilərim olmayıb axı, deyəm... Yox olmayıb... Hə, olub!

- Həyatda neçə dəfə sevmək olar?

- Tam əleyhinəyəm o sözün, deyirlər, insan bir dəfə sevir. Bir neçə dəfə! Bir neçə dəfə dəli kimi sevmək olar. O vaxt fikirləşirsən ki, görən gələn dəfə sevə bilərəm? Bir də baxıram ki, yenə də sevirəm.

- Onda siz sevməyi sevirsiniz. Sevgi var boşluqdan yaranır, sevgi var gözləmədiyin anda gəlir. Hansında xoşbəxt ola bilirsiniz, onların müddəti və arasında fərq var?

- Boşluqdan da yaranan sevgim olub. Gözlənilmədən də olub. Boşluqdan yaranan bir az qısa olur...

- Sizi sevənlərin hamısının baxıb təkrarladığı söz nədir?

- Deyirlər qeyri-adisən.

- Hansı iradı edirlər?

- Deyirlər, özündən razısan. Amma düz demirlər.

- Yalan danışa bilirsiniz?

- Heyf ki, deyə bilmirəm də... Elə nifrət edirəm yalana... Acını, pisi de, amma düzünü de! Bəlkə oynasaydım indi belə olmazdı...

- Bu da bir həqiqətdir ki, əksəriyyət sevgi planında müğənnini ciddi qəbul etmir, onlara həmişə macəra kimi baxır!

- Baxır müğənniyə də, vallah adam var ki, yalan danışmır, görkəmindən yalan tökülür. Sünidir, şitdir.

- İstər-istəməz çoxluq müğənnini qeyri-ciddi sevir. Hətta normal sevgi varsa belə ətrafındakılar onu ayıltmağa çalışırlar, deyirlər adam tapdın sevməyə, müğənni tayfasıdır da...

- Baxır kimə deyirlər... Mənim rəfiqələrim var, xoşbəxtdilər ki, mənim kimi dost var həyatında…

- Bir dəfə "facebook” sosial şəbəkəsində Qan Turalının maraqlı bir sualını oxudum. Soruşurdu, hansını seçərsiniz, sevgilini başqası ilə xoşbəxt görmək, sevgilisini ölüm yatağında görmək… Bu sualı sizə verirəm, bunlardan hansını seçərdiniz…

- Oy... ürəyim pis oldu… sevgilimi ölüm yatağında görmək… boğuldum… mən sevgilimi başqası ilə görməkdən çox ölüm yatağında görmək istəyərəm, amma ölüm yatağında da görsəm, o vaxt da özüm ölərəm... Qoy yaxşısı budur tək olsun!

Adam var, deyir sevgilimi başqası ilə xoşbəxt görüm, təki xoşbəxt olsun… Oy, ürəyim gedir gülməkdən o sözü eşidəndə!


- Özünü sevənlər yadla görməkdənsə ölüm yatağında görmək istəyəcəklər. Sevgilisini özündən çox sevənlər isə başqası ilə xoşbəxt görüb təsəlli alacaq, taleləri ilə barışacaqlar. Özünüzü sevirsiniz, etiraf edin!

- Bir söz deyim, bu sözü deyənlər sevməyən adamlardır. Sevib bu sözü necə demək olar?! Yox! Əsla! Mən həmişə deyirəm, ən çox özümü sevirəm. Xəyanət görəndə qarşımdakını yox, özümü qısqanıram… Hər bir halda, sevməmək daha yaxşıdır…





Категория: Meshurlar | Просмотров: 1316 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024