"Eurovision”
Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı və yayımçısı olan
İctimai Teleradio 2011-ci ildə Almaniyada keçiriləcək növbəti müsabiqədə
ölkəmizi təmsil edəcək ifaçını müəyyən etmək üçün milli seçim turuna start
verir.
"Eurovision” mahnı
yarışmasının qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda
şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə,
peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə
alınacaq.
Yaşı 16-dan yuxarı olan, öz istedadına və peşəkarlığına
güvənənlər müsabiqəyə qatıla bilər.
Müsabiqə iştirakçıları gözəl səsi,
rəqs etmə bacarığı və səhnə mədəniyyəti ilə fərqlənməlidir. Bütün müraciət
edənlər arasından yalnız 100 nəfər seçim
turuna buraxılacaq.
Milli seçim turunda iştirak etmək istəyənlər oktyabrın 5-dən 15-dək Şərifzadə küçəsi 241 ünvanında
yerləşən İctimai Televiziya və Radio Yayımları Şirkətinin Təşkilat Komitəsinə
müraciət edə bilərlər.
Hər bir iştirakçı 3 ədəd müxtəlif
rakursdan çəkilmiş şəkil, şəxsiyyət vəsiqəsinin surətini və tərcümeyi-halını əks
etdirən xüsusi anketi təqdim etməlidir.