Четверг, 02.05.2024, 07:11
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Август » 9 » Peyğəmbərimizin (s) ailə həyatı
14:07
Peyğəmbərimizin (s) ailə həyatı
 
İnsani duyğular və siyasi-ictimai münasibətlərdən dolayı ailə qurduğu xanımları peyğəmbərimizin (s) sadə həyatına uyğunlaşmaq məcburiyyətində idilər. Elə buna görə də bəzən yaşadıqları həyatlarından şikayətlənir, bəzən də bir-birlərini qısqanırdılar. Lakin, peyğəmbərimiz (s) bir dəfə də olsun onlardan şikayətlənməmiş və onlara qarşı sərt rəftar etməmişdir.

Xanımları arasında ən çox Hz. Xədicəni sevərdi. Özü 25, Xədicə isə 45 yaşında ikən evlənmişdilər. Buna baxmayaraq, 25 il birlikdə iffətli və xoşbəxt həyat sürmüşdülər. Ərəb cəmiyyətində çox yayılmış adət olmasına baxmayaraq, ikinci bir xanımla evlənməmişdi. Əziz xanımının vəfatından sonra da, onu unutmamış, hər zaman onu xatırlamışdı. Ən kiçik bir xatirə onun sevgisini yenidən təzələyər, onun sevgi və rəhmətlə yad olunmasına vəsilə olardı. Bir gün Hz. Xədicənin bacısı Halə peyğəmbərimizi (s) ziyarətə gəlir və içəri daxil olmaq üçün icazə istəyir. Səsi Xədicənin (Allah ondan razı olsun!) səsinə bənzədiyi üçün peyğəmbərimiz (s) həyacanlanır və “Şübhəsiz, bu gələn Halədir” deyir. Bu zaman yanında olan Hz. Aişə (Allah ondan razı olsun!) ona (s) belə deyir: “Ölən bir qadını belə xatırlamağının mənası nədir? Allah sənə ondan da yaxşı xanımlar verib”. Rəsulullah isə ona belə cavab verir: “ Xeyir, həqiqət sənin bildiyin kimi deyil. Heç kimin mənə inanmadığı bir vaxtda, o mənə inandı. Hamı Allaha şərik qoşarkən o islamı qəbul etdi, mənim heç bir köməyim yox ikən, o mənə kömək etdi”.

Peyğəmbərimiz (s) Hz. Xədicədən (Allah ondan razı olsun!) sonra Hz. Aişəni (Allah ondan razı olsun!) sevərdi. Ancaq bu sevginin təməli nə onun gözəlliyinə, nə də şəhvani hisslərə dayanırdı. Çünki gözəllikdə ondan geri qalmayan başqa xanımları da var idi. Məsələn: Səfiyyə (Allah ondan razı olsun!) ondan daha gözəl idi. Bu sevginin səbəbi Hz.Aişənin qabiliyyəti, zəkası, islamı dərindən dərk və izah etmək məharəti idi. Sevimli peyğəmbərimiz bir hədisində buyurur: “Qadın dörd şeyə görə seçilir; malı, gözəlliyi, əsli-nəcabəti və dininə görə. Siz qadının dindar olanını seçin”. Peyğəmbərimiz belə, seçimində bu amilə diqqət yetirmişdi. Hz. Aişə (Allah ondan razı olsun!) yüksək ictihad qabiliyyətinə, görüb-eşitdiyini gözəl şəkildə qavramaq və bunları lazımı şəkildə izah etmək bacarığına sahib olan bir qadın idi. Bəzən səhabələr ilə dini mövzular barədə gedən söhbətlərdə çox vaxt haqlı çıxırdı.

Peyğəmbərimizin (s) xanımları arasında baş verən anlaşılmazlıqlar müvəqqəti olurdu. Onun xanımlarının, gördükləri yüksək elm sayəsində təmizlənmiş qəlbləri pis hisslərə tez bir zamanda qalib gəlir, əvvəlki dostluqları yenidən bərpa edilirdi. Hər gün bir yerə toplanıb, işa namazından sonra peyğəmbərimizi gözləmələri də bunun bariz nümunəsidir. Münafiqlər tərəfindən Hz. Aişəyə (Allah ondan razı olsun!) atılan iftirada Hz. Zeynəbin (Allah ondan razı olsun!) onun lehinə şahidlik etməsi bu dostluğun başqa bir sübutudur.

Hz. Aişə (Allah ondan razı olsun!) peyğəmbərimizə (s) o qədər bağlı idi ki, bəzən bu bağlılıq onda qısqanclıq hissi oyadır, bu hisslər də onu bəzi hallarda sərt rəftar etməyə vadar edərdi. Belə bir rəftar etdiyinə görə, bir gün atası Əbu Bəkir (Allah ondan razı olsun!) onu azarlamaq istəmiş, ancaq peyğəmbərimiz buna icazə verməmiş, o isə geri qayıtmışdı. Buna baxmayaraq, bir müddətdən sonra geri qayıdan atası onların barışdığını görüb belə demişdi: “Bayaq mübahisənizdə iştirak etdik, indi də barışmağınıza şahidlik edirik”.

Tarix boyu bir çox tanınmış insanlar ali məqsədlərə çatmaq üçün dünya mənfəətlərindən, rahat və firavan həyatdan imtina etmişlər. Bu acı həyatı öz yaxınlarına da çəkdirməmək üçün bəzi insanlar evlənməkdən belə uzaq durmuş, ailə və oğul-uşaq sahibi olmaqdan özlərini məhrum etmişlər. Lakin peyğəmbərimiz (s) bu məsələdə hamıya nümunə olacaq bir şəxsiyyətdir. Unutmaq lazım deyil ki, o, (s) ən böyük əziyyətlərə, ağrı-acılara məruz qalsa da həm evlənmiş, həm də oğul-uşaq sahibi olmuşdur. Bütün bu çətinliklərə rəğmən, müsəlmanlara rahat və firavan həyat bəxş etmişdi. Fəthlər nəticəsində islam cəmiyyətinə saysız-hesabsız var-dövlət bəxş edildiyi bir vaxtda, xanımları da o nemətlərdən pay istəmişdilər. Peyğəmbərimiz (s) isə buna qarşı çıxaraq, “ya mən, ya da dünya nemətləri” - deyə onların qarşısına şərt qoymuşdu. Heç şübhəsiz, verdiyi elmin, tərbiyənin təsirindən qaynaqlanan bir hal idi ki, hamı bir ağızdan onu (s) seçmiş, kərpiçdən tikilmiş evdə onunla firavan həyat sürməyi üstün tutmuşdular.

Bu məsələyə Qurani-Kərimin ayələri işiğında nəzər salaq: “Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: "Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım! Yox, əgər Allahı, Onun Rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır. (Peyğəmbər əleyhissəlamın xanımları dünya ne’mətlərindən vaz keçib axirət yurdunu daha üstün tutdular)”.Peyğəmbərimiz yaşadığı bu həyat şəraitindən heç bir zaman şikayətlənməz, bu həyatı yaşadığı müddət ərzində heç bir çətinlik ona qalib gəlməzdi. Çünki var-dövlətin insanlara bəxş etdiyi bu rahatlığı, o, rəbbi ilə olan münasibətində tapırdı.

İnsanlar hər zaman ondan aclıq və susuzluğa necə dözdüyünü soruşardılar. Peyğəmbərimiz (s) onlara belə cavab verərdi: “Məni yedirib-içirdən Odur”. Özündə olan bu yüksək əxlaqi keyfiyyətləri 23 il ərzində ailəsi ilə yanaşı, səhabələrinə də öyrədən peyğəmbərimiz bu işində hər zaman uğur qazanmışdı. Peyğəmbərimiz bu əxlaqi ilə özündən sonra gələcək dəvətçi nəslə də örnək olmuşdur.

Hamıya nümunə olan Peyğəmbər (s) ev işləri ilə özü məşğul olmazdı. Əlinə keçən az miqdarda pulu evinə çatmadan kasıblara paylayardı. Özü və ailəsi Xeybər ətrafında yerləşən kiçik bir ərazidən əldə edilən gəlir ilə keçinərdilər. Evin idarəsi ilə əsasən Bilal (Allah ondan razı olsun!) maraqlanardı. Bir gün ondan Peyğəmbərin necə yaşadığı haqda soruşdular. O isə belə cavab verdi: “Rəsulullahın evinin idarəsi ilə mən məşğul olurdum. Çox sadə və yoxsul həyat sürürdülər. Buna baxmayaraq, o, evinə gələn qonağı heç bir vaxt geri qaytarmazdı. Onlara özü xidmət edərdi. Evinə gələn yoxsula köməklik göstərər, onu əliboş yola salmazdı. Evdə bir şey olmasaydı belə, məni göndərib bir yerdən borc alar, yenə də onu məyus etməzdi”.

Tərcümə etdi: Dilavər Məmmədov

Категория: Din | Просмотров: 967 | Добавил: Admin | Рейтинг: 4.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Август 2009  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024