Пятница, 03.05.2024, 15:21
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Июнь » 28 » Maykl Cekson Rəhmətə Getdi...
16:21
Maykl Cekson Rəhmətə Getdi...

Maykl (Mikayil)Cozef Cekson (Michael Joseph Jackson) - Amerika Birləşmiş Ştatlarının pop müğənisidir (estrada artistidir) və 5 Ceksonun üzvü kimi əvvəl tanınmışdır və sonrakı solo artisti (sənətkarı) kimi tanınıb. O 1958 ci il Avqust ayının 29 da Indiana vilayətinin Gary şəhərində anadan olmuşdur. O tez-tez MC və Pop Kralı adlandırdı. Onun müvəffəqiyyətli karyerası və tez-tez mübahisəli, anlaşılmaz şəxsi həyatı demək olar ki, 40 ilik üçün pop mədəniyyətinin bir hissəsi olmuşdur. Dünyanın ən yaxşı estrada artisti kimi qiymətləndirilmişdir.Michael Jackson dünyaca məşhur olandan sonra Kaliforniyanın Santa Barbara şəhərində özünə böyük bir ev və park tikdirdi. O parkın adınıda Neverland adlandırdı daha sonra dinini dəyişərək Islam dinini qəbul etmişdi. Michael Jackson daha sonra Bahraində yaşamaqa başlamışdı iyunun 25- i 50 yaşında dünyasını dəyişdi...

Jaksonun atası Joseph Jackson, anası Katherine-Esther Jackson dır. Qardaşları: Jermaine Jackson , Tito Jackson, Jakie Jackson, Marlon Jackson və Randy Jackson Bacıları: Janet Jackson, Latoya Jackson , Rebbie Jackson.

Bakı - APA. Dünya pop musiqisinin kralı Maykl Cekson vəfat edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 51 yaşlı məşhur musiqiçi iyunun 25-də Los-Ancelesdə dünyasını dəyişib. İlkin məlumatlara görə, iyunun 25-də günorta saatlarında M. Ceksonun ürəyi dayanıb.


Koma vəziyyətində Los-Ancelesin “UCLA Medical Center” xəstəxanasına çatdırılan musiqiçini həkimlər xilas edə bilməyiblər.

Los-Ancelesin hüquq-mühafizə orqanları artıq M. Ceksonun vəfat etdiyini rəsmən təsdiqləyiblər. Televiziyanın birbaşa efirindən M. Ceksonun iyunun 25-də yerli vaxtla saat 14.26-da (Bakı vaxtı ilə iyunun 26-sı saat 02.26-APA) dünyasını dəyişdiyi bildirilib.

Kaliforniyanın qubernatoru Arnold Şvartsenegger xüsusi bəyanatında dünya musiqisinin simvollarından birinin vəfatından sarsıldığını və dərin kədər hissi keçirdiyini deyib.

M. Ceksonun ölüm xəbərini eşidən pərəstişkarları xəstəxanaya axın edirlər.

Artıq pop musiqinin kralının ölümünün ilkin səbəbləri də açıqlanıb. Xəbər agentliklərinin həkimlərə istinadən verdiyi məlumata görə, M. Cekson növbəti dəfə ağrıkəsici demerol preparatı qəbul etdikdən sonra halı pisləşib, nəfəsi dayanıb. Yanında olan şəxsi həkimi ona süni nəfəs verib və təcili yardım çağırıb. 8 dəqiqədən sonra gələn həkimlər lazımi tədbirlər görməyə başlayıblar. Həkimlər yol boyu onun ürəyini işə salmaq istəsələr də, buna nail ola bilməyiblər.

İlkin diaqnoz ürək dayanmasıdır.

Ceksonlar ailəsinin vəkili Brayan Oksmen (Brian Oxman) AFP-yə bildirib ki, M. Cekson iyulun ortalarında keçiriləcək London konsertində formada olmaq üçün müntəzəm olaraq güclü təsiri olan preparatlar qəbul edib. Vəkil müğənninin ölümünün gözlənilməz olmadığını da söyləyib.

Qeyd edək ki, pop-ulduz iyulun 13-dən başlayaraq Londonda 50-dək silsilə konsert verməyi planlaşdırdı. Konsertin biletləri internet vasitəsilə ani olaraq satılıb. M. Ceksojn son günlər Los-Ancelesdəki evində London konsertinin məşqlərini edib.

1958-ci ildə ABŞ-da anadan olan M. Cekson ilk dəfə səhnəyə 40 il əvvəl öz qardaşları ilə “The Jackson 5” kollektivi ilə çıxıb. 1972-ci ildə yazdığı "Ben" sinqlı Amerika hit-paradında birinci olub.

Onun ən uğurlu albomu isə 1982-ci ildə buraxdığı və indi də məşhur olan "Thriller" albomudur.

Ona qarşı irəli sürülmüş azyaşlılara qarşı əxlaqsız hərəkətlər etməsinə ilə bağlı ittiham üzrə məhkəmə prosesi 2005-ci ildə başa çatıb. Məhkəmə M. Ceksonun günahsız olduğunu üzə çıxarıb. Həmin vaxtdan M. Cekson insanlar arasında az-az görünürdü.


Apa.az saytından götürülmüşdür.
 

Albomları
Off the Wall ](1979)
Thriller (1982)
Bad(1987)
Dangerous (1991)
HIStory (1995)
Blood on the Dance Floor (1997)
Invincible (2001)
Number Ones (2003)
Michael Jackson: The Ultimate Collection (2004)
The Essential Michael Jackson (2005)
Visionary (2006)
 
 
 
 
 
 
 
 
 
Müğənni Maykl Cekson-un şəkilləri



Müğənni Maykl Cekson-un şəkilləri



Категория: Muxtelif | Просмотров: 1245 | Добавил: Admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024