Среда, 01.05.2024, 07:24
www.lobu.tk
Menu
Bölmələr
Xəbərlər
Sekiller
Fotosessiya
Musiqi
Proqramlar
Oyunlar
Videolar
Yumor
Sevgi
Meshurlar
Moda
Din
İdman
Mentiqi suallar
Photoshop uçün
Qadın dünyası
Muxtelif
Sorğu
Saytin Yeni Dizayni Xosunuza Gelir?
1.
2. Yox
3. Belədə
4. Pis Deyil
5. Evvelki Yaxsiydi
Cavablar: 7
Sayğac

İndi saytda : 1
Qonaq : 1
İstifadeci: 0
Yeni İstifadəçilər
Ziyarətçilər
ZengimCell
Reklam

Reklam
Reklam
10 Aktiv Istifadəçi
Главная » 2009 » Июнь » 18 » Dəbdə olan yay ayaqqabıları -2009
10:51
Dəbdə olan yay ayaqqabıları -2009
 
 
alt
Dəbdə olan yay ayaqqabıları -2009
2009-cu ilin yay dəbində hündürdaban, platforma, iri kəmərli və burnu açıq ayaqqabılar diqqəti çəkəcək.
Parlaq-laklı ayaqqabılar
Yayda laklı ayaqqabılara üstünlük verin. Rəngli bəzəkli və ya qara, boz laklı ayaqqabılar da dəbdədir. Üstü ayağın yuxarısına qədər olan, qabaq tərəfi hündür formalı modellər ən dəbli sayılır. Laklı ayaqqabını nə ilə geyinməli: rəngli modelləri sakit, monoton rəngli geyimlə, çantanı ayaqqabı rəngində seçmək də məqsədəuyğundur.
Əsl yay modelləri: futuristik və ötən əsr
Futuristik modelləri gələcəyə sözün əsl mənasında səyahət etmək istəyənlər seçə bilər. Bu cür seçimlə başqa planetlərə də səyahət etmək tam yerinə düşərdi, əgər orda yaşayış olsaydı. Həmin modelləri seçərkən unutmayın ki, qarderobunuz əhəmiyyətli dərəcədə dəyişməlidir və digər geyimlər həddən artıq sadə və ciddi olmalıdır. Viktorian dövrünün və ya orta əsrləri xatırladan modelləri də seçmə şansınız bu fəslə düşüb.
Piton (ilan) dərisi və ya zamşa çəkmə
Piton dərisindən yay ayaqqabıları dəbdəbəli görünür, lakin bu ədəbsiz dəbdəbə deyil. İlan dərisi yaraşıqlı və fakturalı materialdır.
Zamşa – xoşagəlimli materialdır, ola bilsin ki, praktik deyil, lakin kifayət qədər cəlbedicidir.
Toxunma kəmərli ayaqqabı
Etiraf edək ki, kəmər qadın ayağının gözəlliyini vurğulayan xüsusi elementlərdəndir. Enli kəmərlər, möhkəm daban və platforma – gündəlik üçün ideal variantdır. Bu formalı yay ayaqqabılarında əminlik hiss edəcəksiniz. Ayağınız isə gözəlliyi ilə diqqəti cəlb edəcək. Çünki kəmərlər ayağı daha da cəlbedici və seksual edir. Bu cür modelləri donla, bridci və ya bu fəsil dəbdə olan gen şalvarla geyinə bilərsiniz. Straz daşlarla bəzədilmiş kəmərli modellər xüsusi hadisələr üçündür. Onları gecə paltarı ilə geyinmək məsləhətdir. Kəmərləri güllər və digər maraqlı daş-qaşla bəzədilmiş çəkmələr də uğurlu seçimdir. Bu modelləri Louis Vuitton dizaynerləri dəbə salıblar. Yay çəkmələri “Spicy Sandal” adını alıb. Onlar çoxlu aksessuar – biser, muncuq, lələk, rəngbərəng daş-qaşla bəzədilib.
Platformada tanket çəkmələr
Bu fəsildə tanket altlıqlı ayaqqabılar iriliyi ilə fərqlənir. Onlar kənardan tank təəssüratını yaradır. Bəzi modellərdə monolit deyil. Bu daha da zərif görünür. Əgər iri tanketə üstünlük verirsinizsə, çalışın ki, geyiminiz neytral olsun. Platforma isə fəsilin dəbi sayılmır.
Dəbli səndəl
Nazik dəri kəmərli model – səndəl üçün ideal variantdır və “hippi-şık” obrazı yaratmaqda tam yerinə düşür. Qladiator sayağı səndəllər – topuq ətrafında kəmərləri olan modeldir. Yay obrazını yaratmaq üçün dəbli aksesuardır, qədim roma üslublu don və şortla, hətta safari üslublu geyimlə tam uyğundur. Səndəllər düz və ya kiçik enli dabanda ola bilər.
Əlvan rənglər.
Ayaqqabıda rəng seçimi də xüsusi əhəmiyyət kəsb edir. Əgər qarderobunuzda geyimləriniz al-əlvandırsa o zaman bir rəngli ayaqqabı seçməyiniz məsləhətdir. Qara və ya ağ tam yerinə düşər. Yayda ayaqqabını çantayla, kəmərlə, hətta koftayla da uyğunlaşdırmaq olar. Əgər geyiminizdə sadəliyi və sakit rəngləri sevirsinizsə, ayaqqabı seçiminə fərqli yanaşın. Parlaq, al-əlvan rəngli çəkmələr geyiminizi tamamlayacaq.
Hündürdaban ayaqqabılar dəbdədir.
2009 yay fəsli hündürdaban ayaqqabı fəsilidir. Ona görə də orta hündürlüklü yay ayaqqabıları ilə vidalaşa bilərsiniz. Ayaqlarınızın gözəlliyini tamamlamaq üçün dünya qadın ayaqqabı dizaynerləri hündürdabanı məsləhət görürlər.
Burnu açıq çəkmələr. Yaz-yay fəslinin əsas trendi burnu açıq çəkmələrdir.
2009-cu ilin ayaqqabı dəbi


2009-cu ilin ayaqqabı dəbi


2009-cu ilin ayaqqabı dəbi


2009-cu ilin ayaqqabı dəbi


2009-cu ilin ayaqqabı dəbi

 
Категория: Moda | Просмотров: 3517 | Добавил: Admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Giriş
Axtar
Chat
Chat
Təqvim
«  Июнь 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Arxiv
Dost Saytlar
  • www.bigtac.tk
  • www.erochat.tk
  • www.chat-bigtac.tk
  • www.novinka.tk
  • www.menim.tk
  • Reklam
    Reklam
    Son 10 Şərh
    Copyright MyCorp © 2024